Gündəm

Hacı Tale ev dustaqlığına buraxılacaqmı? - Qərar Verildi

11-05-2016, 18:57
 Nəsimi rayon məhkəməsi ilahiyyatçı Tale Bağırzadənin istintaq dövrü üçün həbs-qətimkan tədbirini ev dustaqlığına dəyişməklə bağlı müraciətini təmin etməyib.
Hacı Tale ev dustaqlığına buraxılacaqmı? - Qərar Verildi
Mayın 11-də Nəsimi Məhkəməsi "Müsəlman Birliyi” Hərəkatı-nın rəhbəri ilahiyyatçı Tale Bağırzadənin ev dustaqlığına buraxılması barədə vəsatətə baxıb. İlahiyyatçının özü də prosesdə iştirak edib. Bu barədə Azadlıq Radiosuna vəkil Cavad Cavadov məlumat verib. Onun deməsinə görə, prosesdə vəsatəti müdafiə ediblər. Onlar T. Bağırzadənin ev dustaqlığına buraxılması üçün əsasların olduğunu bildirərək vəsatətin təmin olunmasını xahiş ediblər. Vəkil qeyd edib ki, Tale Bağırzadə isə həbsdə də özünü azad hiss etdiyini bildirib. "Bizim mübarizəmizin əsas məqsədi ölkədə demokratiyanın, insan hüquq və azadlıqlarının bərqərar olması, insanların azad-firəvan yaşamasını təmin etməkdir. İstəyirik ki, heç kəs düşüncəsinə, sərbəst, dinc toplaşmaq azadlığından istifadəyə və ifadə etdiyi fikirlərə görə təqib olunmasın” - deyə Cavad Cavadovun bildirməsinə görə, Tale Bağırzadə məhkəmədə qeyd edib. Nəsimi Məhkəməsinin hakimi Şəlalə Həsənova vəsatətin əsaslı olmadığı qənaətinə gələrək T.Bağırzadə barəsində seçilən həbs qətimkan tədbirini ev dustaqlığına dəyişdirməkdən imtina edib. Cavad Cavadov deyir ki, bu qərar qanunsuzdur, ondan apellyasiya şikayəti verəcəklər. Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. İlahiyyatçıya qarşı CM-nin 15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb. İttihamlarda terrorçuluq, qəsdən adam öldürmək, iğtişaşlar salmaq və başqa bu kimi əməllər sadalanır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]