“İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsi çərçivəsində tələbələrə idmançıların növbəti görüşü keçirilib.
01 iyun 2016-cı il
tarixdə Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Nərimanov Rayon Gənclər və İdman
İdarəsi və "Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata
keçirilən "İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsi çərçivəsində ölkəmizi
Avropa və dünya çempionatlarında təmsil edən və fəxri kürsünün ən yüksək pillələrinə
sahib olaraq bayrağımızı yüksəklərə qaldıran idmançılarımızla gənclərin görüşü Bakı
Pedaqoji Kollecində keçirilib.
Tələbələrlə görüşdə Bakı
Sosial Pedaqoji Kollecinin direktor müavini Rasim Rzaxanov, Jiu- Jitsu idman növü üzrə Dünya çempionu,
"Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov , Jiu- Jitsu idman növü üzrə beynəlxalq
turnirlərin qalibi Ayaz Süleymanov və Uşu
sanda idman növü üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Səxavət Həsənov iştirak edib.
Mərasimi layihə rəhbəri Cahandar Məmmədov giriş sözü ilə açaraq layihə
haqqında məlumat verib, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərinin əhəmiyyətini
vurğulayaraq 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları haqqında gənclərə geniş məlumat
vermişdir sonda layihənin həyata keçirilməsində dəstəyi olan Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə və digər qurumlara öz minnətdarlığını
bildirib.
Sonra Jui Jitse idman növü üzrə Dünya çempionu, "Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov çıxış edərək gənclərlə öz təcrübələrini paylaşdı və onlara asudə vaxtlarını səmərəli keçirmələrini, idmana maraqlı olmalarını tövsiyə edərək, beynəlxalq idman tədbirlərində ölkəmizi layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasını vurğuladı.
Daha sonra Dünya və Avropa çempionları Anar
Səfərov və Azərbaycan çempionu Səxavət Həsənov 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına hazırlıq məşq prosesindən
danışdılar, özlərinin və tələbələrinin İslam Həmrəylik Oyunlarında yüksək nəticələr əldə edəcəklərindən gəncləri
əmin etdilər və idmanın inkişafı üçün
yaradılan imkanlara, idmançılara göstərilən diqqət və qayğıya görə dövlətimizin
başçısına öz minnətdarlığını bildirdilər.
Sonda idmançılar gəncləri
maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki,
layihənin məqsədi Azərbaycan
idmanının tarixini idmançılarımızın əldə
etdikləri uğurları əyani şəkildə göstərmək, gəncləri 2017 -ci ildə
keçiriləcək İslam Həmrəylik Oyunlarında idmançılara dəstək olmalarına. Onlara idmanın əhəmiyyət
və vacibliyinin çatdırılması, sağlam həyat
tərzinə dəvət edilməsi, ölkəmizdə idman və idmançılara yaradılan geniş
imkanlardan gənclərin yararlanması, beynəlxalq idman tədbirlərində ölkəmizi
layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasının və bunun həmin tədbirlərə
ev sahibliyi edən ölkəmiz üçün önəminin aşılanmasıdır.