Yaşam

Bakıda Məhəmməd Əli üçün ehsan veriləcək

9-06-2016, 22:30
Bakıda Məhəmməd Əli üçün ehsan veriləcək

Sabah Buzovna qəsəbəsində yerləşən Məşədi Qərib məscidində, Hacı Soltanın təşkilatçılığı ilə, əfsanəvi boksçu Məhəmməd Əlinin 3 mərasimi ilə əlaqədar ehsan süfrəsi veriləcək.

Xeberman.com xəbər verir ki, bu barədə Sputnik-ə Hacı Soltan məlumat verib.

Ramazan ayı olduğu üçün, ehsan süfrəsi axşam saat 19.00-da başlayacaq, ardınca iftar süfrəsi veriləcək. Hacı Soltan əfsanəvi boksçu haqqında kitab yazdığını da qeyd edib.

"1997-ci ildə ilk dəfə olaraq Məhəmməd Əli haqqında kitab yazmışam. Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev də kitaba rəy yazıb. O, sonralar mənə Məhəmməd Əli ilə görüşə getmək təklifi etsə də, bəzi işlərimlə əlaqədar gedə bilmədim”, - deyə Hacı Soltan bildirib.

Onun sözlərinə görə, əfsanəvi boksçu ilə görüşə gedə bilməsə də, Məhəmməd Əli ona öz imzası ilə, 300 rəsminin yer aldığı albomunu göndərib: 

"Bir sözlə, bizim qiyabi dostluğumuz olub”.

Təşkilatçı sabahkı ehsan mərasiminə bir çox idmançıları və digər ictimai xadimləri də dəvət etdiyini bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]