Ölkə

Goranboy: başçı ehsan cəriməsi yığdırır

10-06-2016, 16:40
Goranboy: başçı ehsan cəriməsi yığdırır

Goranboyun icra başçısı ehsan qadağasını aradan qaldırmayıb.

Vizual.Az-a verilən məlumata görə, Nizaməddin Quliyev icra nümayəndələrinə və bələdiyyə sədrlərinə tapşırıq verib. O, yas mərasimlərində heç kim yemək ehsan verməsin söyləyib.

Başçı deyib ki, əgər kimsə ehsan versə, deyin ki, Nizaməddin müəllim qadağan edib. Kimsə ehsan versə 500 manat cərimə olunacaq. Başçı tapşırıb ki, bankda onuna dına bir hesab açılsın və qeyd olunan cərimələr ora keçirilsin.

Administratorla əlaqə

077 611-55-22

[email protected]