Ölkə

AZAL-da korrupsiya əməliyyatı: CAHANGİR ƏSGƏROV QORXU İÇİNDƏ - təfsilat

8-06-2016, 01:27
Şirkət rəhbərinin ən yaxın adamlarından bir neçəsi həbs olunub, onların arasında «qara buxalteriya»nı aparan şəxs də var 

Azərbaycan Hava Yolları Dövlət Konsernində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib. Bu barədə Politika.Az-a etibarlı mənbələrdən məlumat daxil olub. 

Həmin məlumatda deyilir ki, Baş İdarənin keçirdiyi əməliyyat tədbirləri nəticəsində AZAL-ın bir neçə məsul şəxsi həbs olunub. Həbsə səbəb olan başlıca amil isə həmin şəxslərin dövlət əmlakını talaması olub. Məlumatlı mənbələr Politika.Az-a bildiriblər ki, hal hazırda məsələ ilə bağlı cinayət işi qaldırılıb və istintaq aparılır. 

Mənbə qeyd edir ki, AZAL prezidenti Cahangir Əsgərov baş verənlərdən ciddi şəkildə narahat olmağa başlayıb. Buna səbəb isə həbs olunanlar arasında onun ən yaxın iki adamının olmasıdır. İddia edilir ki, həmin iki nəfərdən biri Əsgərovun «sağ əli» olaraq da tanınır. Belə ki, o, konsernin bütün qara buxalteriyasını həyata keçirən şəxs olan. Eyni zamanda, AZAL prezidentinin biznesini idarə edirmiş. Belə bir şəxsin həbs olunması və iş otağında axtarışın aparılması isə şirkət rəhbərinin qarnının sancılarını daha da artırıb. Çünki həmin işçinin otağından götürülmüş sənədlərin arasında Əsgərovun da biznesinə dair ciddi bilgilər varmış. 

Politika.Az-a verilən məlumatda vurğulanır ki, məsələ ilə bağlı Baş Prokuror Zakir Qaralova qədər xahişə çıxan Cahangir Əsgərovun istəkləri baş tutmayıb. Belə ki, o, baş prokurora minnətçi düşsə də, Qaralov onun xahişini yerinə yetirə bilməyəcəyin bildirib. Hətta başqa vasitəçilərin də məsələyə müdaxilə etməsinin faydası olmayıb. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]