Layihə

“Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Gənclərin Bilik Olimpiadası” adlı layihənin növbəti seçim turu keçirilib.

4-06-2016, 00:42
“Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Gənclərin Bilik Olimpiadası” adlı layihənin növbəti seçim turu keçirilib.

31 may 2016-cı il tarixində "Bakı Avrasiya” Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və "Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Gənclərin Bilik Olimpiadası”adlı layihənin növbəti seçmə turu keçirilib.

 

Seçmə turun rəsmi hissəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, "Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyin baş katibi Ləman Muradova, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, "Bakı Avrasiya” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Elməddin Məmmədov və fəal tələbələr iştirak etmişdir.

 

İlk öncə qonaqları salamlayan Universitetin Tələbə – Gənclər Təşkilatının sədri Elməddin Məmmədov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin edilməsi məsələlərlə bağlı məlumat vermişdir.

 

Sonra "Yeni Gələcək” Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi gənclərin elm və yaradıcılıq potensialının nümayiş etidirilməsi üçün əlverişli şəraitin yaradılması, eyni zamanda istedadlı və potensiallı gəncləri müəyyən etmək və gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm addımların atılmasından ibarətdir. L.Muradova qeyd etmişdir ki, intellektual oyunlar müasir dövrün ən prioritet məsələlərindədir və biz də ölkəmizdə bu sahədə olan istedadların üzə çıxarılmasını əsas məqsəd kimi qarşımıza qoymuşuq.

 

Sonda çıxış edən Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini qeyd etmişdir.

 

Rəsmi hissədən sonra "Gənclərin Bilik Olimpiadası”nın növbəti seçmə turuna start verilmişdir. Qeyd edək ki, layihə çərçivəsində 9 müxtəlif ali və orta ixtisas müəssisələrinin tələbələri arasında bilik olimpiadası keçirilir və "Bakı Avrasiya” Universiteti artıq üçüncü təhsil müəssisəsidir. Xatırladaq ki, layihənin açılış və ilk seçmə turu Azərbaycan Kooperasiya Universitetində, ikinci seçmə turu isə Bakı Biznes və Kooperasiya Kollecində keçirilmişdir. Sonda layihənin bağlanışı və bilik olimpiadanın final mərhələsi keçiriləcəkdir. "Gənclərin Bilik Olimpiadasında” qalib gəlmiş tələbələr "Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən mükafatlandırılacaqlar.

0daece0a-7547-41aa-abc9-f8e1cee93feb_640x480 02c7f29a-6e9a-419e-afde-31b871bae06c_640x480 3bdd4296-b14a-4122-84f6-2ffc343269b0_640x480 3c4de564-a310-4035-9b9d-625177f356e9_640x480 7c5871e0-399a-4c80-83c1-e0ce5b66ead2_640x480 8a86b93c-d21b-4472-a55a-4d836264ea86_640x480 29e3a057-d6d2-4c66-bfaf-85a3a8834150_640x480 86ca31a9-1648-4df7-b277-cf94460fcf1c_640x480 871d16fb-6018-48ee-bace-ff221fed9c44_640x480 905ca31b-8b7a-45f5-9805-b8a41632f786_640x480 2165d3d8-adf0-4d6b-9a68-729fe827052c_640x480 53826cdf-eb1a-4b80-8254-c650715906af_640x480 a94cf0a3-e37f-4eb1-bcc0-da26fc52d47a_640x480 a6048162-2d71-4c01-8a30-ebafa6554296_640x431 c8c9eb12-4bcc-4835-93d2-9adbb0aa3c8e_640x480 fd88f5aa-59d7-4ac8-96f1-ec387a12dbe7_640x480

Administratorla əlaqə

077 611-55-22

[email protected]