Dünya / İslam
İran bu il Həcc ziyarətinə zəvvar göndərməyəcək - RƏSMİ
31-05-2016, 14:48
İran bu il Məkkəyə Həcc ziyarətinə zəvvarlar göndərməyəcək.
Kanal15.tv-nin İran KİV-ə istinadən verdiyi xəbərə görə, bu haqda İranın Həcc Komitəsi bildirib.
Komitə məlumat yayıb ki, İran Səudiyyə Ərəbistanının yaratdığı maneələr səbəbindən Həcc ziyarətinə zəvvarlar göndərnəyəcək.
Qeyd edək ki, Məkkədə – Mina dağında ötən ilin sentyabrın 24-də baş verən izdihamda 1400-dən artıq zəvvar ölüb, 2000-ə yaxın insan isə yaralanıb.
