İslam
Sabahdan zəvvarlarımız Həcc ziyarətinə yola düşəcək
1-09-2016, 17:58

Zəvvarların ilk qafiləsi sentyabrın 2-də saat 08:00-da yola düşəcək.
Azərbaycandan Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gedəcək olan zəvvarlar sentyabrın 2-dən etibarən yola düşəcək.
Xeberman.com Report-a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Zəvvarlar ziyarətə hər gün iki reys olmaqla təyyarə ilə gedəcəklər. Hər gün ziyarətə 350 zəvvar yola salınacaq.
Zəvvarların ilk qafiləsi sentyabrın 2-də saat 08:00-da, ikincisi isə axşam saat 18:30-da yola düşəcək.
Qalan zəvvarlar sentyabrın 3-ü və 4-ü tarixlərində eyni saatlarda ziyarətə yollanacaqlar.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1050 nəfər zəvvar gedəcək.