Gündəm

Məntəqə sədri jurnalistə şər atdı – Müşahidəçilərlə sədr arasında qarşıdurma yarandı

1-11-2015, 10:27
Məntəqə sədri jurnalistə şər atdı – Müşahidəçilərlə sədr arasında qarşıdurma yarandı

30 saylı Suraxanı 1-ci seçki dairəsində səsverməni müşahidə edən “Cümhuriyət” qəzeti və Cebhe.info saytının əməkdaşı Alçina Bəşirliyə qarşı zorakılıq edilib. Jurnalistin bildirdiyinə görə, dairənin 14 saylı məntəqəsində səsvermənin gedişini izləmək və həmin dairədə səs vermək üçün məntəqə sədrinə müraciət edib. Əvvəlcə ona oturmaq və müşahidə aparmaq üçün şərait yaradılıb.
Ancaq çox keçmədən izlədiyi qanun pozuntuları barədə məntəqə sədrinə məlumat verən jurnalist xanım seçkini pozmağa cəhddə ittiham edilib. Məntəqə sədri İlham Kazımov jurnalistin şəxsiyyət vəsiqəsi və mətbuat vəsiqəsini əlindən alıb, aktlaşdırıb. Hətta həmin məntəqədə səs verməli olan jurnalistin səs verməsinə də imkan yaradılmayıb. Jurnalisti müdafiə edən müşahidəçilərlə məntəqə sədri arasında qarşıdurma yaranıb. Jurnalist məntəqədə uzaqlaşdırılıb və onun səsvermə hüququ kobud şəkildə pozulub

avrasiya.net

Administratorla əlaqə

077 611-55-22

[email protected]