Ölkə

Bu bölgədən olanlar Bakıdan çıxa bilməyəcəklər

27-05-2016, 21:02

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 km uzunluğunda olan hissəsi bağlanacaq.

BAKI, 27 may — Sputnik. Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 km uzunluğunda olan hissəsi 2016-cı il may ayının 30-dan bağlanacaq. 

"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, hərəkətin tam olaraq məhdudlaşdırılması yalnız bir hərəkət istiqaməti üzrə (Bakı şəhəri istiqaməti) tətbiq olunacaq.

Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə (Sumqayıt şəhəri istiqamətində) avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.

Yolda aparılan təmir işləri. Arxiv şəkli 

Administratorla əlaqə

077 611-55-22

[email protected]