Ölkə

Eldar Mahmudovu kim əvəzləyəcək? - AÇIQLAMA

31-10-2015, 16:43
Eldar Mahmudovu kim əvəzləyəcək? - AÇIQLAMA

Sizcə MTN ətrafında yaşananlar nə vaxt kulminasiya nöqtəsinə çatacaq və belə bir quruma nazir təyin edilməsinin yubadılması praktikada özünü doğruldurmu? Çünki Mədət Quliyev nə qədər peşəkar olmuş olsa belə, bilmir ki, o nə vaxtadək MTN - də birinci şəxs olacaq və günlərin bir günü quruma gələn birinci şəxslə dil tapacaqmı?

Bu suallara təhlükəsizlik üzrə ekspert, MTN-də vaxtilə yüksək post tutmuş polkovnik İlham İsmayıl belə cavab verib:

"MTN ətrafında baş verənlərin kulminasiya nöqtəsinə çatması üçün daha sensasiyalı xəbərlərmi gözləyirik? Stalinin ölümündən sonra Mircəfər Bağırov və onun NKVD komandasının üzvlərinin məhkəməsi istisna olmaqla Azərbaycan xüsusi xidmət orqanlarının tarixində indiki kimi biabırçı hal olmayıb. Baxmayaraq ki, o dönəm bütün SSRİ üçün xarakterik idi(?!). Kulminasiya nə ola bilər? Hər üzünə versiyalar irəli sürülüb (həqiqət olanı da var, yalan da), dövlət çevrilişinə cəhdə qədər. Bir cinayət, iki və ya yüz cinayət, artıq fərq etməz. Sabah hansısa siyasi qətl, sifarişli ölüm barədə informasiya açıqlansa (məncə olmayacaq) təəccüblənməyin. Kulminasiyanın zamana ehtiyacı var. O zaman isə sensasiya yox, sadəcə tarix olacaq. Nazirin hələlik təyin edilməməsi praktikada az rastlansa da xüsusi narahatçılığa əsas yoxdu. 1994 - cü ilin oktyabrından 1995 - ci ilin mayın ortalarına kimi MTN - in nazir əvəzi Namiq Abbasov, baş prokuror əvəzi Eldar Həsənov idi. 8 ay bu strukturların şefi birinci müavinlər olub, sonra təsdiqlənib. İndiki situasiyada da əvəz edənin bir müddətdən sonra nazir olması tamamilə mümkündür".(Moderator.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]