Ölkə

İCRA BAŞÇISININ ADI ÖLÜM İŞİNDƏ... - ŞOK İDDİA

22-05-2016, 23:22
İCRA BAŞÇISININ ADI ÖLÜM İŞİNDƏ... - ŞOK İDDİABir neçə gün bundan əvvəl Gəncə şəhər sakininin evində bıçaqlanaraq qətlə yetirilməsinin gizli səbəbləri aşkara çıxır. 

Gəncə şəhər sakinləri tərəfindən "Reytinq"ə verilən məlumatda iddia edilir ki, hadisədən sonra hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1964-cü il təvəllüdlü Nahidə İsmayılovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirən şəxs saxlanıb. 

 
Xeberman.com arqument.az-a istinadən xəbər verir ki, rəsmi açıqlamaya görə, cinayəti törədən şəxs Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü İlham Abbasovdur. Səbəb kimi isə borca görə yaranan mübahisə göstərilir. 

Gəncə sakinlərinin sözlərinə görə, qətlə yetirilən şəxs Nahidə İsmayılova Gəncə şəhəri, Nizami rayonunun icra başçısı Nizami Hacıyevin həm qayını, həm dəəsürücüsü olan Şamxalla birlikdə qeyri-qanuni torpaq sahələrini alaraq, həmin sahələrdə evlər tikdirib, satmaqla məşğul olublar: "Amma bu işləri görmək üçün Nizami Hacıyevin təzyiqi ilə müxtəlif imkanlı şəxslərdən, o cümlədən iş adamlarından, obyekt sahiblərindən borc pullar götürülsə də, geri ödənilməyib". 

Sakinlər iddia edir ki, pul sahibləri pullarını tələb edəndə onların obyektlərini sökdürməklə hədələyiblər: "Belə evlərə misal kimi Gəncənin Gülüstan qəsəbəsində üç, Cavadxan qəsəbəsində iki və başqa məkanlarda inşa olunanları göstərmək olar". 

Sakinlər qeyd ediblər ki, borc sahibləri pullarını ala bilməmələri səbəbindən aylar öncə Nizami Hacıyevə hücum etmələrindən mətbuat da yazmışdı: "Həmin vaxt hadisə yerindən qaçan icra başçısı bununla problemin daha da dərinləşməsinə şərait yaratdı". 

Sakinlər daha sonra yuxarı orqanlarda adıçəkilən icra başçısı ilə bağlı sadaladıqları faktlar əsasında araşdırma aparıb, müvafiq tədbirlər görülməsini xahiş ediblər. 

Yazıda adları hallanan tərəflərin də mövqeyini dinləməyə hazırdır. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]