Kriminal

Göygöldə qətl törədilib - YENİLƏNİB

10-01-2016, 13:25
Göygöldə qətl törədilib - YENİLƏNİB

Xeberman.com -uAPA-ya istinadən məlumatına görə, yanvarın 10-da rayonun Şəhriyar kəndi yaxınlığında bıçaqlanaraq qətlə yetirilən şəxsin, rayonun Şəhriyar kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Rəşad Qəşəm oğlu olduğu müəyyən edilib. 
 
Onun öz həmkəndlisi tərəfindən qətlə yetirildiyi bildirilir. Cinayəti törədən şəxs saxlanılıb.

15:58

Göygöl rayonunun Şəhriyar kəndi ərazisindəki meşədə üzərində bıçaq xəsarətləri olan kişi meyiti aşkarlanıb.

Xeberman.com-un  Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qətlə yetirilənin şəxsiyyəti hələlik müəyyən edilməyib. Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetirildiyi araşdırılır.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə gətirilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]