Siyasət

Seyran Ohanyanın çoxərli erməni anası Aida və Ağcabədili atası Mamed

22-05-2016, 01:35

Bəzən insanlar arasında elə şayiələr gəzir ki, onların ardınca düşüb hansısa bir həqiqətlə rastlaşmaq mümkün olur. Əlbəttə ki, şayiənin özü qədər olmasa da maraqlı faktlara rast gəlinir. Yetər ki, şayiənin deyilən tərzdə eşidib onun təsirinə düşmədən təmkinlə araşdırasan… Cebhe.info əməkdaşı belə xəbərlərdən birini araşdırıb.

…Aprel hadisələrindən bir neçə gün ötmüşdü. İctimai nəqliyyatla evdən işə gedirdim. Aftobusda adəti üzrə hər kəs Azərbaycan-Ermənistan məsələlərindən və növbəti müharibənin başlayacağı gündən danışırdı. Təxminən 60-65 yaşlarında bir kişi Ermənistan Respublikasının müdafiə naziri Seyran Ohanyanı söyərək onun atasının azərbaycanlı olduğunu, ümumilikdə düşmən generalının damarlarında türk qanı axdığını deyirdi. Əslində kişinin dedikləri inandırıcı olmasa da, maraqlı səslənirdi. Mənzil başına çatana qədər yol yoldaşımın dediyi sözlər məni xeyli düşündürdü. Öz-özlüyümdə düşünməyə başladım- görəsən belə bir şey mümkün olarmı? Bəlkə onun dediklərində bir həqiqət var? Demək olardı ki, adamın dediyi sözlər beynimi əməli-başlı qarışdırmışdı. İşə çatar-çatmaz məsələni yüngülvari aradıracağıma qərar verdim. Belə də oldu. İlk işim S.Ohanyan haqqında internetdən məlumat toplamaq oldu.

Seyran Ohanyan kimdir?

"Wikipediya” və digər internet resurslarında onun barəsində maraqlı məlumatlara rast gəldim. Ermənilərin onun haqqında yazdığı məlumatlarda "qəhraman”ın Şuşa şəhərində doğulması, onun Bakıda təhsil alması və Azərbaycan ərazilərində işləməsi faktları araşdırmanı daha da genişləndirməyə zəmin yaratdı. İlk olaraq bir neçə Şuşa sakini ilə həmsöhbət oldum. İlk cəhdlərimdə erməni generalın ailəsi barədə lazımi məlumat ala bilmədim. Sakinlərdən bəziləri ümumilikdə onun barəsində məlumatlara malik olmadıqlarını dedilər. Məsələyə marağım o qədər artmışdı ki, nəticənin necə olacağından asılı olmayaraq araşdırmanı davam etdirməyə israrlı idim. Nəhayət ki, bu maraq məni axtardığım həmsöhbətimlə rastlaşdırdı. Əslən Şuşadan olan xanımla danışdım. O, öncə məlumat verməkdən boyun qaçırsa da sonradan israrlarımı görüb danışmaq qərarına gəldi. Amma aramızda bəzi razılaşmalardan sonra… Onun fotosunu yaymayacaq və kimliyini açıqlamayacağıq. 1949-cu ildə Şuşa şəhərində doğulan Hüseynova Aminə (ad şərtidir) Seyranın ailəsini tanıdığını və həmin ailənin babasıgillə qonşu olduğunu söylədi.

"Bu qız kimisə tələyə salacaq”

Xanım müsahibim Seyranın anasının ailəsinin Şuşa şəhəri N.Nərimanov küçəsində yaşadığını bildirdi. Onun dediklərinə görə, nazirin babasının adı Aleksandr olub. Şuşa şəhərinə sonradan gəlmiş Aleksandrın iki qızı, bir oğlu varmış: "Aleksandr babamgillə qonşuluqda qalırdılar. Seyranın anasının adı Aida idi. Babamgilə gedəndə bizi onlara yaxın getməyə qoymurdular. Çünki küçədə həmin ailə haqqında yaxşı fikir söyləmirdilər. Aida ailənin böyük qızı idi. İri, oynaq gözləri var idi. Civə kimi insan idilər. Baba deyirdi ki, bu köpək qızı bir gün kimisə tələyə salacaq. Elə də oldu…”

Ohanyanın babasının Azərbaycanla qohumluq əlaqəsi olubmu?

Xanım müsahibimin dediklərinə görə, Aleksandrın qızı Aida yetkinlik yaşlarında Şuşaya mühəndis işləməyə gələn Mamed (yəqin ki Məhəmməd- r) adlı bir azərbaycanlı kişi ilə tanış olur. Sıx-sıx görüşməyə başlayırlar. Onların münasibətindən qızın ailəsinin də xəbəri olur. Erməni qızı Aida ilə mühəndis Mamedin görüşləri o qədər "maraqlı” keçir ki, bir gün Aidə Mamedə hamilə olduğunu bildirir. Məsələ qızın ailəsi səviyyəsində həll edilir. Qərar verilir ki, Mamed qızı saxlamalıdır. Belə də olur… Mühəndis erməni qızını Şuşa şəhərindəki mənzilində qeyri -rəsmi olaraq saxlayır. Artıq Mamedlə Aida arasında ailə münasibətləri qurulur. Dünyaya gələcək körpəni bir yerdə saxlamağa qərar verirlər.

"Bir müddətdən sonra Aida ilə Mamedin oğul övladları dünyaya gəldi. Adını da Seyran qoydular. Hazırda haqqında danışdığımı Seyran… Bundan sonra səhv etmirəmsə, onlar aralarında rəsmi nikah bağladılar. Həmin nikahdan sonra daha bir qız övladları dünyaya gəldi. Qızın adı dəqiq yadımda qalmadığına görə deyə bilməyəcəyəm. Amma hamının tez dağılacağını təxmin etdiyi ailə demək olar ki, getdikcə möhkəmlənir, ər-arvad arasında daha da mehribanlıq yaranırdı. Mamed özü qocaq adam idi. İşləməyi, qazanmağı yaxşı bacarırdı. Hündürboy, qarabığlı, seyrək saçlı biri idi. Səhv etmirəmsə o, Şuşaya Ağcabədi rayonundan gəlmişdi. Amma bəziləri də Ağdamdan olduğunu danışırdılar. Seyran orta məktəbə Şuşa şəhər Nəcəf bəy Vəzirov adına rus sektoruna gedirdi. Elə bacısı da… Onda artıq Mamed onları tərk etmişdi.” – deyir Aminə Hüseynova

Mamed ailəsini niyə tərk etdi?

A.Hüseynova söhbət zamanı bildirdi ki, bir müddət sonra Aidanın Mamedi aldatması barədə söz-söhbət yayılmışdı. Həmin söz-söhbətin üstündən çox keçmir ki, yayılan şayiə öz təsdiqini tapır:"Mamed uzunmüddətli ezamiyyətə gedibmiş. Ezamiyyətdən geri qayıdanda evində başqa kişinin olduğunu görüb. Aida onu bir erməni ilə aldadırmış. Erməni qızının xəyanətini qəbul edə bilməyən mühəndis onu atası evinə qovur və sonra da boşanır. Ancaq uşaqlarının alimentini və digər ehtiyaclarını vaxtlı-vaxtında ödəyirdi. Seyran özü hərbi məktəbi Bakıda oxuyub. Səhv etmirəmsə, uzun müddət Gəncə şəhərində işlədi. Boşanmadan xeyli müddət sonra Mamed həbs olundu. Sonra onun barəsində heç bir məlumat ala bilmədik. Bəzi qonşular onun türmədə öldüyünü deyirdilər.”

Aidanın sonrakı aqibəti

Azərbaycanlı ərini öz millətindən olan kişi ilə aldadan erməni qızı Aida bir müddət də həmi kişi ilə qeyri-rəsmi yaşayıb. Həmin ərəfələrdə Seyrana və onun azyaşlı bacısına babası Aleksandrın baxdığı deyilir. Lakin günlərin bir gün Aleksandra qızı Aidanın xəstəxanada olması barədə məlumat gəlir. Xəstəxanaya gedən ailə qızlarının üzünün tanınmaz halda olduğunu görürlər. Artıq gözəl görünüşə malik Aidadan heç bir əsər əlamət yox imiş. Belə ki, xəyanət etmək genlərində olan millətin nümayəndəsi yaşadığı ikinci kişiyə də xəyanət edərkən tutulur. Amma budəfəki xəyanət onun həyatında ömür boyu silinməyəcək iz qoyur. Mameddən fərqli olaraq Aidanın xəyanətinə uğrayan erməni Aidanın üzünə kislota tökərək yandırır. Həmsöhbətim deyir ki, xəyanətkar qadının üzünü kislota elə hala salmışdı ki, ona baxan adamın diksinməməsi mümkün deyildi. O, xəstəxanadan çıxdıqdan sonra atasının evində yaşayıb. Uşaqlarını da elə orada böyüdüb. O, həmişə uşaqlarına onun üzünü bir türkün bu hala saldığını deyirmiş. Türklərin necə canavar və qansız vəhşi olmalarını uşaqlarına üzünü misal çəkərək başa salırmış.

Hazırda həmin qadının tərbiyə edib, türklərə qarşı yetişdirdiyi uşaqlardan biri Ermənistanın müdafiə naziri postunda oturub. Seyran Ohanyan Ermənistan Respublikasının müdafiə naziridir… Maraqlıdır, görəsən o haçansa anasının üzünün o hala düşməsinin səbəbini öyrənibmi? Bəlkə də öyrənib. Amma nə fayda… Bəlkə də heç təəccüblənməyib…

O ki qaldı atası azərbaycanlı olan birinin Azərbaycana, azərbaycanlılara xəyanət etməsinə, elə bu da normal hal kimi qəbul edilməlidir. Çünki bütün dünyada qəbul olnan ailə standartları var: Uşağı anası tərbiyə edər…
Elgün Gəncimsoy, Cebhe.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]