Siyasət

"Ermənistan məhv olacaq" - Erməni rəssamdan şok sözlər

24-05-2016, 13:21
 
"Aprel döyüşlərindən sonra bəlli oldu ki, erməni xalqımız olsa da, Ermənistan hökuməti yoxdur. Deyə bilərəm ki, əsgərimiz var, ordumuz yoxdur”.

AzVision.az xəbər verir ki, bunu Ermənistanın xalq rəssamı Nikol Aqababyan deyib. Onun sözlərinə görə, hökumət və başda müdafiə naziriri Seyran Ohanyan olmaqla ordu rəhbərliyi cəbhədə ölən əsgərlərə görə məsuliyyətə cəlb olunmalıdır: "Tribunal olmalı və ölən əsgərlərə görə məsuliyyət daşıyan şəxslərə cinayət işi açılmalıdır. İlk olaraq həmin şəxslər tutduğu vəzifədən kənarlaşdırılmalıdır”.

Rəssam qeyd edib ki, hazırda Ermənistanda qalan əhalinin 80 faizi ölkəni heç vaxt tərk etməyəcək: "Düşünmürəm ki, biz ömrü boyu özümüzü qurban verməliyik. Nəzərə alsaq ki, özünü qurban verməyin arxasında iqtidarın hakimiyyətdə qalmaq istəyi dayanır. Odur ki, biz hökumətin "işini” həll etməliyik.

Qorxurları ki, onların korrupsiya və digər yolla yığdıqları əlindən alınar. Özü də əgər yeni hökumət milli dəyərlərə önəm verən şəxslər olsa, bu mütləq baş verəcək”.

Rəssam hökumətə inamın qalmadığını, xalqın səfalət və aclıq içində yaşadığını diqqətə çatdırıb: "Biz onlara dəfələrlə şans vermişik. Lakin müsbət dəyişiklik üçün heç bir addım atılmayıb. Erməni xalqının əsl düşməni hökumətdir. Yox, əgər belə deyilsə, sübut etsinlər. Əgər sübut etməsələr, biz gərək onları ölkədən qovmaq üçün imkan tapaq. Onların yeri türmədir. Bir çoxlarının qanı onların üzərindədir”.

Erməni rəssam vəziyyətin bu cür davam edəcəyi halda miqrasiyanın geniş miqyas alacağını və Ermənistanın məhv olacağını diqqətə çatdırıb:

"Belə davam etsə, nə Qarabağ olacaq, nə də Ermənistan. Məgər bu quldurlardan qurtulamq elə çətindir? Yırtıcı heyvanlar xalqı və ölkəni dağıdır. Baş nazir korrupsiyaya qarşı mübarizə üçün rəsmi nümayəndə təyin edib. Qoyunu quzuya tapşırıb. Bu demaqoqluqdur. 

Müharibə başladı, prezident tapılmırdı. İnsanlar özləri könüllü olaraq cəbhəyə getdi. Prezident xalqın anlaması üçün heç nə deyə bilmədi. Xalq ona qayğı göstərən prezidenti görmür”.

İlkin Nəcəfzadə

Administratorla əlaqə

077 611-55-22

[email protected]