Xəbərlər

Son Gecəyə İthafən

6-01-2015, 22:55
Gecələr qurdlara qulaq ver
Ulaya bilməlisən.
Gecənin ahənginə uya bilməlisən.
Səninlə birlikdə yanmalı
Son siqaretin,
Səsini duya bilməlisən.
Bilməlisən, bilməlisən ki,
Tutqun səssizliyindir ən böyük hədiyyən.
Danışa bilməlisən qarşındakı qadınla
Susaraq.
Saatlarla şirin söhbət etməlisən
Gözlərinə baxaraq.
Hiss edərək, toxunaraq,
Tək kəlmə çıxmadan dildən.
Danışmalı ürəklər
Hissizliyin həzzindən.
Bu, şeir deyil, dostum,
Bu sadəcə gecə.
Gecə səssizliyində
İşıqdan məhrum küçə,
Sən və mən, duman və tüstü.
Duman kədərli gecədən,
Tüstü kədərindən yanan siqaretdən..

Freehippie Kamran

Administratorla əlaqə

077 611-55-22

[email protected]