İdman
Azərbaycanlı hakim ermənilərin oyunlarını idarə etdi
26-10-2015, 19:56
Futzal üzrə azərbaycanlı FIFA referisi Yusif Nurullayev Dünya çempionatının ilkin seçmə mərhələsinin oyunlarını idarə edib. Fanat.az хəbər verir ki, o, D qrupunda Latviya, Estoniya, Cənubi Kipr və Ermənistan yığmalarının iştirakı ilə keçirilən matçların iştirakçısı olub.
Nurullayev 6 oyundan 5-də meydana çıхıb. O, Ermənistanın 3 oyununa təyinat alıb. Referi Ermənistan - Latviya oyununda əsas hakim olub. Ermənilər bu qarşılaşmada 3:4 hesabı ilə yenilib. Nurullayev düşmən ölkə yığmasından 4 futzalçını sarı vərəqə ilə cəzalandırıb.
Referi Cənubi Kipr - Ermənistan və Estoniya - Ermənistan oyunlarında ikinci hakim olub. Ermənilər kiprlilərə 2:3, estonlara 1:2 hesabı ilə yenilib.
Nurullayev həmçinin Latviya - Estoniya (6:2) və Latviya - Cənubi Kipr (4:2) oyunlarında 3-cü hakim funksiyasını yerinə yetirib.