Əsas Səhifə / Gündəm

Xətai rayonunda pritonlar kim tərəfindən himayə olunur?

25-12-2015, 09:06

34-cü Polis Bölməsinin nəzarətində olan ərazidə yerləşən "Azəri” kafesinin rüsvayçı fəaliyyətini durdurmaq üçün heç bir tədbir görülmür

 


Pritonu işlədən Cahangir özü insan alveri ilə rahat şəkildə və hamının gözü qarşısında məşğul olmasını bütün lazımi instansiyaların "haqqını” vaxtlı-vaxtında çatdırması ilə izah edir.

Məlumdur ki, son vaxtlar ölkə ərazisində iaşə obyektləri kim qeydiyyatdan keçmiş, əslində isə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən müxtəlif səviyyəli pritonların sayında bir artım müşahidə olunur. Təəssüflər olsun ki, "ən qədim peşə”ni özləri üçün əsas məşğuliyyət növü kimi seçənlər və bu biznes fəaliyyətini əməlli-başlı gəlir mənbəyinə çevirənlər daşıdıqları ictimai təhlükənin miqyaslarına baxmayaraq əksər hallarda tam cəzasızlıq şəraitində fəaliyyət göstərməyə nail ola bilirlər. 

Bu gün Bakıda fəaliyyət göstərən, paytaxtımızın sakinlərinə və qonaqlara mədəni xidmət edən ictimai iaşə obyektlərinin sayının getdikcə artması, əlbəttə ki, ümumi maddı rıfahın yüksəlməsini, istirahət və əyləncə məkanlarına maraq və tələbatın artdığını vurğulayan göstərici kimi qiymətləndirilməlidir. Lakin bu prosesin müvafiq instansiyaların ciddi nəzarəti altında deyil, kortəbii şəkildə həyata keçməsi halları çox zaman ciddi ictimai fəsadlara yol açır. Belə fəsadlardan biri də məhz ictimai iaşə obyekti adı altında pərdələnərək fəaliyyət göstərən əxlaqsızlıq yuvalarının artımı ilə müşayiət olunur. 

Bir müddət əvvəl bizimdovr.az-a daxil olmuş növbəti məlumatda isə, bu kimi əxlaqsızlıq yuvalarından birinin də paytaxtın Xətai rayonu Şirvani küçəsiəndə, "Əlillərin bərpa mərkəzi”nin bilavasitə yaxınlığında yerləşən "Azəri” kafesinin olduğu bildirilirdi. Ötən materiallarda biz dəfələrlə qeyd etmişik ki, bu gün paytaxt Bakının müxtəlif priton və əxlaqsızlıq yuvalarının çoxluğu ilə diqqəti cəlb edən ərazilərindən biri də məhz Xətai rayonudur. Etiraf olunmalıdır ki, Xətai Rayon Polis İdarəsinin bu kimi "obyektlər”in fəaliyyətinə qarşı münasibətində aşkar müşahidə olunan yolverilməz liberallıq, bu rayonda son vaxtlar müxtəlif iaşə obyektləri kimi pərdələnmiş belə pritonların sürətlə çoxalmasına səbəb olmuşdur. 

Bu növ pritonların fəaliyyəti ölkə qanunvericiliyinə qarşı tam etinasızlıqla həyata keçirilir. Bir tərəfdən ödənişli intim xidmətlərin göstərilməsi üçün xüsusi müəssisənin saxlanılması artıq özü-özlüyündə qanunlarımızla yasaq olunmuş bir əməldir. Digər tərəfdən isə bu pritonlara daim yeni müştərilərin cəlb olunması üçün həmin obyektlərin sahibləri mütəmadi olaraq bu məqsədlərlə cəlb olunan qadınların da "yenilənməsini” təmin etməlidirlər. Bu isə, artıq insan alveri və cinsi istismara məruz qoyma elementlərini daşıyan əməllər kimi qiymətləndirilməlidir. 

Eləcə də Xətai RPİ-nin 34-cü Polis Bölməsinin nəzarətində olan ərazidə yerləşən "Azəri” kafesinin qeyri-qanuni fəaliyyəti göz qabağında olsa da, rayonun hüquq-mühafizə orqanları bu rüsvayçılığı durdurmaq üçün heç bir tədbir görmürlər. 

Məlumata görə, pritonu işlədən Cahangir özü bu halı bütün lazımi instansiyaların "haqqını” vaxtlı-vaxtında çatdırması ilə izah edir. Bu isə, ətraf ərazilərdə yaşayan sakinlərin və xüsusilə də "Əlillərin bərpa mərkəzi”ndə reabilitasiya kursları keçən vətəndaşların hiddətinə səbəb olur. 

Məlum olduğu kimi, bir müddət əvvəl 34-cü Polis Bölməsinin rəhbərliyində dəyişiklik olmuşdur. Belə ki, həmin bölməyə Xəlil Səfərov yeni rəis təyin olunmuşdur. Bu dəyişiklik isə həm bizdə, həm də redaksiyamıza bu xüsusda müraciət edən vətəndaşlarda belə bir ümid yaratmışdı ki, Xəlil Səfərov öz sələfindən fərqli olaraq, ərazidəki qanun pozuntularına göz yummayacaq və ətraf ərazilərdə yerləşən bu kimi pritonların ləğvinə yönəldilmiş tədbirlərin görülməsinə də nəhayət ki, başlanılacaq. Lakin bu gözləntilər hələ ki, özünü doğrultmayıb...

Məsələyə 34-cü PB-nin rəhbərliyinin münasibətini öyrənmək istərdik. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]