Əsas Səhifə / Ölkə

Bakıda pritonların yoxlanışına start verildi

5-01-2016, 21:06
Bakıda pritonların yoxlanışına start verildi

Məlumdur ki, son vaxtlar ölkə ərazisində iaşə obyektləri kim qeydiyyatdan keçmiş, əslində isə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən müxtəlif səviyyəli pritonların sayında bir artım müşahidə olunur. Təəssüflər olsun ki, "ən qədim peşə”ni özləri üçün əsas məşğuliyyət növü kimi seçənlər və bu biznes fəaliyyətini əməlli-başlı gəlir mənbəyinə çevirənlər daşıdıqları ictimai təhlükənin miqyaslarına baxmayaraq əksər hallarda tam cəzasızlıq şəraitində fəaliyyət göstərməyə nail ola bilirlər.

Xalqxeber.Az-a daxil olan məlumata görə, Bakının bir sıra yerlərində pritona çevrilən bar və diskotekalarda araşdırmalara başlanılıb. Hətta verilən məlumatda deyilir ki, Bakı polisinin rəisi şəxsən özü bu işlə maraqlanır. Buna səbəblərdən biri də əxlaqsız yuvalarında baş verən özbaşınalıqlar və ölüm hadisələridir. Daxil olan məlumata əsasən təmamilə şəhərdə əxlaqsızlıq yuvalarının yığışdırılmasına xüsusi göstəriş verilib. Artıq paytaxtda bir neçə əməliyyat tədbirləri həyata keçirilib.

Bu arada qeyd edək ki, insan alveri, xüsusən də fahişəlik ölkə hüdudlarını çoxdan aşıb. Təkcə Bakı və ətraf qəsəbələrdə qeyri-leqal fəaliyyət göstərən fahişəxanaların şəbəkəsi genişlənməkdədir. Bu fahişəxanalar öz cinayətini müxtəlif adlar altında pərdələyərək ölkədə mənəviyyatsızlıq və əxlaqsızlıq virusu yaymaqla məşğuldur. Elə fahişəxanalar var ki, qorxub-çəkinmədən gənc qızları toruna salmaqla cəmiyyətin özünə meydan oxuyur. "Elit" Ticarət Mərkəzinin yaxınlığında fəaliyyət göstərən "Qrand" otel, ", Biləcəridə "Vulkan", Binəqədi rayonu ərazisində "İstanbul", Nərimanov rayonu ərazisində "Jasmin", Dərnəgül qəsəbəsindəki "Clear", maşın bazarının yaxınlığındakı "Astoria Baku" otelləri, Saray qəsəbəsində "Pəhləvanlar", Novxanıda"Duz gölü" kafeləri artıq "qara siyahıya düşüb.

Paytaxtımızın Babək prospektində, "Kolizey" şadlıq sarayının həndəvərində, yol ötürücüsü ilə üzbəüz fəaliyyət göstərən avtoservisin gözdən uzaq, könüldən iraq bir küncündə "Viktoriya" əsl cənnət olmasa da, bura gələnləri deyilənə görə cənnətlik edib yola salırlar. Hövsan-Türkan şossesində yerləşən "Cahargah" hotel də belə məkanlardandır. Xətai rayonunda fəaliyyət göstərən "Günəşli" otelində hansı xoşagəlməz halların baş verməsinin şahidi olmaq üçün isə, o qədər də böyük izləmə təcrübəsi tələb edilmir. Artıq bu obyekt əhalini boğaza yığıb. Bu cür əxlaqsızlıq yuvalarının yerləşdikləri yerlərdə hava qaralandan sonra sakinlərin ailə üzvlərindən heç kim küçəyə çıxa bilmir.

"Günəşli” otelinin yanında yerləşən vaxtilə "Elvin” adı altında fəaliyyət göstərən "Araz”saunasında da əməlli-başlı can alveri gedir. Amma təssüflər olsun ki, ölkəmiz böyük bir yarışa hazırlaşdığı bir vaxtda belə məkanların açıq-aşkar fəaliyyət göstərməsi bizlərə başucalığı gətirmir. Ona görə də, hüquq-mühafizə orqanlarının əməkdaşları bu məsələyə ciddi şəkildə yanaşmalı və insanları fahişəliyə cəlb edən şəxslər barəsində ölçü götürməlidirlər.

Xalqxeber.Az saytı olaraq inanırıq ki, paytaxt və bölgələrdə göbələk kimi çıxan əxlaqsızlıq yuvalarının qarşısı alınacaq və onlara himayədarlıq edən şəxs və ya şəxslər qanun qarşısında cavab verəcəklər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]