İqtisadiyyat

2 deputat dövlətin milyonlarını necə mənimsəyib?

16-05-2016, 20:20
Maliyyə Nazirliyinin auditorları "AZINKO-holdinq”in prezidenti, deputat Malik Həsənov holdinqində yoxlamalara başlayıb. Yoxlamalar holdinqin dövlət sifarişlərini əhatə edir 

Politika.Az bildirir ki, bu barədə istiqlal.az-a Maliyyə Nazirliyindəki mənbələrdən xəbər daxil olub.

Mənbənin məlumatına görə, yoxlamaların ilkin nəticələri çox ciddi maliyyə pozuntularını üzə çıxarıb: "Söhbət bir neçə milyonluq dövlət vəsaitinin mənimsənilməsindən gedir. Holdinqin "Qış bulvarı”, Heydər Əliyev Mərkəzinin tikintisi zamanı layhə ərazisinə düşən ev və obyektlərin sökülməsi zamanı böyük vəsaitlərin (təzminatların) mənimsənilməsi, eləcə də dövlət əhəmiyyətli başqa layihələrdə ciddi maliyyə pozuntuları aşkarlanıb. Hətta mənimsəmə faktların təsdiqüləyən məhkəmə qətnamələri də mövcuddur: Ev və oyektləri sökülən, ancaq təzminat ala bilməyən şəxslər məhkəməyə müraciət ediblər və məhkəmə də onların xeyrinə qərar çıxarıb.”. 

Auditin ilkin nəticələri korrupsiya sxemini də üzə çıxarıb:"Məlum olub ki, dövlət vəsaitləri birdəfəlik əməliyyatlar üçün yaradılan MMC-lər vasitəsi ilə mənimsənilib. Bu MMC-ləri M.Həsənovun yaxın adamlar, o cümlədən də onunla isti münasibətdə olan deputat həmkarları yaradıb. Məsələn, bu MMC-lərin bir neçəsini Milli Məclisin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadənin yaxın adamları yaradıb. M.Həsənovla Ç.Qənizadənin birgə "biznes”i mövcuddur. Bu "biznes” dövlət vəsaitlərinin MMC-lər vasitəsi ilə mənimsənilməsini "əhatə” edir.

Mənbəınin məlumatına görə, yoxlamaların son nəticələri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndəriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]