Ölkə

Azərbaycan yeni hərbi təyyarələr alır

16-05-2016, 10:23

İslaminsesi xəbər verir ki, Azərbaycan 10 yeni hərbi təyyarə alacaq.

Azərbaycan yeni hərbi təyyarələr alır

 



"İnterfaks” agentliyi xəbər verir ki, hərbi təyyarələr Ukrayna istehsalıdır.

Ukrayna dövlət müəssisəsi "Antonov” Azərbaycana "An-178” tipli on yeni nəqliyyat təyyarəsi satmağı planlaşdırır. Azərbaycanla yanaşı hərbi nəqliyyat təyyarələrindən ikisi Çinə satılacaq.

Nəqliyyat təyyarələrinin Azərbaycana çatdırılma müddəti və müqavilənin detalları hələ açıqlanmayıb.

Qeyd edək ki, "An-178” təyyarəsi "Antonov” An-158 hərbi hava gəmisinin əsasında yığılır. Yükgötürmə qabiliyyəti 18 ton olan təyyarənin qiyməti 40-70 milyon dollar arasındadır. 

 

Bu model İtaliyanın "Aleniya” C-27j, ABŞ-ın "Lockheed Martin” C-130j, Braziliyanın "Embraer” KC-390 və Rusiyanın İl-214 təyyarələrinə rəqibdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]