Əsas Səhifə / Gündəm
İki hərbi məktəb ləğv olundu
25-12-2015, 19:08
Dekabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyi sistemindəki xüsusi təyinatlı xtəhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Xeberman.com-un AzərTac-a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri fakültələri yaradılmaqla, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qoşulur.
Sərəncamda Nazirlər Kabinetinə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin nizamnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.