Ölkə

LƏNKƏRANDA ATTESTAT ALVERİ – ŞOK FAKTLAR

14-05-2016, 13:55
LƏNKƏRANDA ATTESTAT ALVERİ – ŞOK FAKTLARTəhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov məktəb direktorlarını boğaza yığıb. 

Hesablama Palatasının aşkarladığı maliyyə pozuntuları necə ört-basdır edilib? Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 15-də keçirdiyi iclasında rüşvət və korrupsiya məsələsinə bir daha toxundu. Ölkə başçısı bildirdi ki, cəza tədbirləri, inzibati tədbirlər mühüm yer tutur və bu sahədə bizim amansız mübarizəmiz davam etdiriləcək: "Bu məsələ ilə məşğul olan bütün dövlət qurumlarına bir daha tapşırıq verirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır, biz bu bəlanı aradan götürməliyik». Lakin bəzi vəzifə sahibləri hələ də öz bildikləri kimi işləyirlər.  
Xeberman.com Gundelik-baku.com-a istinadən xəbər verir ki, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Şahanə Əhmədovanın müavini Güloğlan Bağırovun hər məktəbdən aylıq 300-500 manat haqq toplaması barədə məlumatlar daxil olub: «Lənkəran Şəhər Təhsil Şöbəsi korrupsiya sahəsində rekorda imza atmağa hazırlaşır. Müdir müavini Güloğlan Bağırov üçün hər məktəbdən yığılan aylıqlardan söhbət açsaq, yazıq müəllimlərin ağır duruma necə düşdüyü mənzərə tam aydın olar. Şöbənin müdir müavini hər ay üçün irili - xırdalığından asılı olaraq hər məktəbdən, şöbənin tabeliyindəki məktəbdənkənar müəsissələrdən 200 - 500 AZN məbləğində pul toplayır. Rayon üzrə 92 belə müəssisənin olduğunu nəzərə alsaq, bu xeyli vəsait edir. Müdir müavininə çatacaq haqqın məbləği və ona verilməsi səhnəsi bir qədər fərqlidir. Belə ki, o rayon üzrə adıçəkilən 92 müəsissədən hər ay yığılan 20 - 50 manat civarında pul zərfin içərisinə qoyularaq məktəb direktoru və yaxud onların ayırdığı şəxs tərəfindən Bağırova kabinetində təqdim edilir. Pulu alarkən müdir müavini öz hərəkətinə "halallıq” çaları verməyi də unutmur. Bu zaman gülümsənən məmur pulu ona təqdim edənə "Allah əvəzini versin. Allah səninçün də yetirsin” ifadələrini işlədərək jestini edir. Bu insan başa düşmür ki, ona verilən pul rüşvətdir və müəllimlərdən yığılır. Məktəb rəhbərliyinə Allah tərəfindən bunun əvəzinin verilməsi üçün isə direktor mütləq yığımın məbləğini artırmalıdır». Məlumatda qeyd olunur ki, Güloğlan Bağırovun idarə etdiyi xarici markalı avtomobil çox bahalı, 30-50 manat civarındadır. Yəqin ki, şöbə müdiri öz halal zəhməti ilə bunu ala və saxlaya bilməzdi. Daha bir məlumatda göstərilir ki, ötən ilin noyabr ayında şəhər təhsil şöbəsini yoxlayan Hesablama Palatasının fəaliyyəti uğurlu alınıb. Yoxlamanın ilk günündə təhsil şöbəsində xeyli nöqsan aşkarlayan müfəttişlər sonda razılığa gələ biliblər. Beləliklə, rayon üzrə irili - xırdalığından asılı olaraq hər bir məktəbdən şöbə müdirinin göstərişi ilə, 3000 - 8000 (hər müəllimdən 30-50 manat) civarında pul toplanaraq qonaqlar yola salınıb. Kənd müəllimi Rövşən Əliyev deyir ki, Lənkəran rayonunun Təhsil Şöbəsində hazırda maliyyə yoxlaması gedir: «Lənkəranda müəllimlərin hamısından pul yığırlar. Normalda 20 manat alırlar. Eləsi var ki, ondan 70 manat alırlar. Yoxlama aparırlar. Guya 60 min əskik çıxıb. Məktəblərin direktorlarından tələb edirlər. Direktorlar da müəllimlərdən yığır». Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırovun adı həmçinin attestat alverində hallandırılır: «O attestatı 500 manata satır. Bala-Şürük, Avrora, Mağanojba, Girdəni, Liman 2, Ürgə, Boladi, Darquba, 1,2,3,4,5,6, 8 saylı, Qurumba, Şovu, Lənkəranşəhər 1, 2, 3, 4,5, 6, 7, 9,10 saylı, Sütəmurdov, Velədi orta məktəblərinin direktorlarını çağıraraq onlardan əlavə pul yığıb». Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
LƏNKƏRANDA ATTESTAT ALVERİ – ŞOK FAKTLAR

Administratorla əlaqə

077 611-55-22

[email protected]