Ölkə

Hamilə qız da danışdı: “Sinifdə tək idim, içəri girdi... qəfil ağzımdan tutub...”

13-05-2016, 18:28
 
Şamaxı rayonunda kənd orta məktəbinin müəllimindən yeddi aylıq hamilə qalan 9-cu sinif şagirdi Ayan Əliyeva (ad şərtidir-red.) da danışıb. Xeberman.com ölkə.az-a istinadən həmin müsahibəni təqdim edir: - Ayan, İbrahimov Elnuru nə vaxtdan tanıyırsan, hansı fəndən dərs keçirdi? - Yeddinci sinifdən tanıyıram, bizə tarix dərsi keçirdi. - Həmin dövrdən münasibətiniz var idi? - Bir kənddə yaşamışıq, amma neçə ildir burada olmurdu. İki ildir ki, bu məktəbdə dərs keçirdi. - Bəs yaxın münasibətiniz nə zamandan başladı? - Elə o vaxtdan mənə diqqətlə baxdığını, nəzərinin üstümdə olduğunu hiss edirdim. Amma ciddiyə almırdım, deyirdim ki, yəqin müəllimdir də elə-belə baxır. Ona görə fikir vermirdim. - Evdə valideynlərinə demişdin ki, mənə qəribə baxır, narahat oluram? - Valideynlərimin qorxusundan evdə heç nə demədim. - Bəs necə oldu ki, sənə olan münasibətini açıqladı? - Sinifdə tək olanda gəlib istədiyini deyirdi. O nə deyirdisə, qarşı çıxırdım. - İntim münasibətiniz sənin öz istəyinlə olmuşdu? - Yox, məcburi oldu. - Onun evindəmi, məktəbdəmi? - Gecə idi, valideynlərim də evdə deyildi. Ayaqyoluna gedəndə qəfil arxadan ağzımdan tutdu. Qışqırmaq istədim, dedi ki, şəkilləri yadına sal. - Nə şəkillər idi? - Məktəbdə çəkmişdi. Məcburi, məni döyə-döyə çəkmişdi. - Həmin fotolarda bədənin açıq şəkildə görünürdü? - Bəli. - Ondan sonra aranızda cinsi münasibət oldu? - Ağrılarım var idi, xəstəxanaya getdim. Uşaq altı aylıq olana qədər heç nə hiss etmirdim. - Axırıncı dəfə Elnurla nə vaxt danışmısan? - Elə o vaxt. - Sənin açıq-saçıq fotolarını məktəbdə çəkmişdi? - Bəli. Sinifdə tək idim, içəri girdi, hədələdi, şillə ilə vurdu. Dedi ki, hər şey yaxşı olacaq, qiymətlərini düzəldəcəyəm. Şəkillər də onda çəkilmişdi. - Neçə dəfə yaxınlığınız olub, yadındadır? - Bircə dəfə olub. Elə onda da hamilə qalmışam. - Valideynlərin sənin övladına sahib çıxırlarmı, özün nə düşünürsən? - Uşağı neyləyirəm, cəhənnəm olsun uşaq. Mənə uşaq lazımdır? Elə özüm uşağam da. - Valideynlərin nə deyir? - Tutulmağını istəyirlər. Mənim də istədiyim odur ki, tutulsun. - Səninlə evlənmək istəsə? - Neyləyirəm onun mənimlə evlənməyini? Arvadını yanında saxlayıb, iki uşağı da var. - Birdən ayrılsa necə? - Razılaşmaram. - Məktəbdən sonra telefonla danışırdınız? - Xeyr, mənim telefonum olmayıb. - Bu barədə polisə ifadə vermisən? - Bəli. - Üzləşdirilmisiniz? - Xeyr.
  Hamilə qız da danışdı: “Sinifdə tək idim, içəri girdi... qəfil ağzımdan tutub...”

Administratorla əlaqə

077 611-55-22

[email protected]