İqtisadiyyat

"Azəravtoyol" ASC-nin rəhbərinə qarşı ittiham - Dad yarımçıq əlindən...

13-05-2016, 15:03
Paytaxtda istifadəyə yayarlı hesab edilən, ilk baxışdan həqiqətən də xeyli cəlbedici görünən piyada keçidlərinin tikintisində olan ciddi nöqsanlar uzun müddətdir ki, aradan qaldırılmır. Bu nöqsanları gözdən qaçıranların diqqətinə çatdırmağı özümüzə borc bilirik ki, müşahidə etdiyimiz 4 piyada keçidindən 3-də piyadaların pilləkənlərlə rahat çıxıb-düşməsini asanlaşdırmaq üçün vacib olan məhəccərlər, yəni son dərəcə vacib tutacaqlar qoyulmayıb. İndiki vəziyyətdə gənclər üçün bu problem çətinlik yaratmasa da, yaşlı piyadaların əsl zülmünə səbəb olur. Yerdən 6 metr hündürlüyə qalxmaq üçün təxminən 40 pilləkən adlamaq, ardınca da eyni hündürlükdən aşağı düşmək yaşlı insanlar üçün heç də asan deyil. Bu mənada tikintini aparan təşkilatın məhəccərləri qoymaması faktiki olaraq piyada keçidindən istifadə imkanlarını xeyli azaldır. Gundelik-baku.com bildirir ki, ətraf ərazilərdə yaşayan sakinlərin narahatlığına son qoyulacağını gözləmək isə innən belə təsəvvürə belə gəlmir. Çünki, məlumata görə, keçidlərin tikintisini aparan təşkilatlar artıq öz yarımçıq "əsərlərini" müvafiq qurumlara təhvil verib. Qəribədir, qövlət komissiyası hansı əsasla bu 3 piyada keçidini istismara yararlı hesab edib? Ümumiyyətlə, Ziya Bünyadov prospektindəki piyada keçidlərini hansı podraçtı təşkilat istifadəyə verib? Hər halda piyada keçidlərinin layihələrində məhəccərlərin qoyulmamasına inanmırıq. Bu mənada mövcud vəziyətin yaranmasında günahkar əlbəttə ki, podratçı təşkilatlar hesab olunmalıdır. Məsələ ilə bağlı vətəndaşları narahat edən sualların cavabını tapmaq üçün Nəqliyyat Nazirliyinə telefon açsaq da, cavab verən olmadı. Məcbur olub "Azəravtoyol" ASC ilə 493-80-83 saylı telefonla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı. "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədova demək istədiklərimiz o idi ki, zəhmət çəkib günlərin birində yolunu Ziya Bünyadov prospektindəki məhəccəri olmayan yerüstü piyada keçidlərindən salsa, pis olmaz. Bircə xahişimiz var, Saleh müəllimin gələndə özüylə əl ağacı da götürməsi məsləhətdir.Yoxsa, bilirsiniz, üç keçiddə tutacaq yoxdu, buralar ahıl adamlar üçün daha çox sağlamlıq testinə bənzəyir. Yeri gəlmişkən, paytaxtımızın müxtəlif ərazilərində istifadə olunan yerüstü piyada keçidlərinin böyük əksəriyyətində ciddi antisanitariya və havasızlıq hökm sürür. Baxımsızlıq üzündən bəzi keçidlərdən istifadə etmək demək olar ki, çətinləşib. Qeyd edək ki, oxşar situasiya bir sıra digər yerüstü piyada keçidlərində də hökm sürür. Ümidvarıq ki, oxucularımızı Saleh Məmmədovun rəhbərlik etdiyi qurumun istifadəyə verdiyi digər canlı "əsərlər"lə də yaxın saylarımızda tanış edəcəyik. Qarşı tərəfi də dinləyə bilərik. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]