Əsas Səhifə / Yazarlar

HƏYATDA UĞUR QAZANMAQ ÜÇÜN 3 ADDIM

2-04-2014, 21:17


İşıqlar söndü və qəribə bir mənzərə canlandı gözlərimizin qarşısında...bizlərdən 4-5 addım irəlidə elə bil tamamən başqa bir dünya canlanmışdı ,çox maraqlı və rəngarəng..Onlar çox yaxşı oynayırdılar,elə bil həqiqətən də bu Dünyada yox, elə, O Dünyada idilər...Peşəkarlıq yəqin ki, öz sözünü deyirdi.Diqqətlə fikir verdikcə, qocaman aktyorlarımızı tanıdıqca, üzümüzdə gülüş yaransa da, onlar əsl həyatın heç də sevimli üzünü yox, yalanla.eqoistikliklə,saxtakarlıqla dolu olan üzünü gostərirdilər bizlərə...əslindı bəlkə də, hər birimizin hıyatında göstərdikləri möhtəşəm əsərin bir hissəsi vardı amma,sözün əsl mənasında oyunçuların peşəkar fəaliyyətindən başqa əsərin də reallığı təqdirə layiq idi.Azərbaycam Dövlət Dram Teatrınin səhnəsində yazıçı,dramaturq Elçinin -Teleskop əsəri oynanılırdı və biz də bu müdhiş ifaya tamaşa edirdik..əslində bütün bunlar öncələrdə də sizlərə anlatdığım çox lazımlı bir Layihənin davamı idi.Bəli Gənclər fondunuun dəstəyi ilə Araz Əhmədov, və Rahim Rəhimovun, birgə layihəsinin- HƏYATDA UĞUR QAZANMAQ UÇUN 3 ADDIM-layihəsinin davamı....
Evvəlcə Seminarda toplaşdıq..Abdulla, müəllim öz maraqlı söhbətilə hamının diqqətini toplamışdı. Həyatda Uğur Qazanmaq üçün hansı amillərə qalib gəlməliyik deyə anlatırdı bizlərə.Sonra maraqlı bir fikir irəli sürdü və Seminarda olan gəcləıri 3 qrupa ayıraraq onlardan istənilən bir mövzuda bir layihə yazmalarını xaiş etdi.Çox maraqlı idi bəlkə de bir-birlərini heç tanımayan gənclər eyni layihə haqqında düşünəcəkdilər və 15 dəqiqə ərzində layihə təqdim etməli idilər.Kənardan onları izləmək çox maraqlı idi görünüşcə fiziki əlil sayılan bu gənclər 3 layihə təqdim etdilər və təsəvvür edin 15 deqiqə ərzində və hər bir qrup plakatlarla, şəkillərlə təqdim etdi layihələri
İlk Murad Məmədovun, təqdim etdiyi layihəni dinlədik.O, sizlərə tanışdır artıq yaşıdlarından təkcə fiziki görünüşünə görə yox, düşüncə və fikirlərilə də fərqlənir. və layihə haqqında çox maraqla və mükəmməl danışdı, hamı da, bəyəndi fikirlərini və əslində catışmayan tərəfi ancaq maddi dəstəyinin olmaması idi. , yəni hal hazırda, amma bu layihənin mütləq işıq üzü görəcəyinə inanırdıq hamımız....
ikinci layihəni Fazil, təqdim etdi.O, da yataqxanada yaşayan əlil gənclərdəndir.onun layihəsinin əsasını bəlkə də illərlə yox, günlərlə ürəyində böyütdüyü öz evinin olacağı haqqında olan Umidləri təşkil edirdi.o da bir çoxlarımız kimi gözəl bir evi olmasını ümid edirdi və bu problemin həlli yolundan danışırdı Layihədə
Üçüncü layihə isə Sadiq, tərəfindən təqdim olundu. O, qaçış üzrə paraolimpiyaçıdır və təqdim etdiyi layihə də, əlillərin idman imkanları haqqında idi.layihədə onlar necə rahat olaraq idmanla məşğul ola biləcəkləri haqqında fikir yürüdürdülər.
Bu üç layihənin də, həyata keçməsi çox mümkünlü görünürdü və Araz bəy, söz verdi ki,Gənclərə lazımi köməklik göstəriləcək.Araz bəy, demək olar ki, bu əlil qardaşlarımızın, kimsəsiz qardaşlarımızın həm yol göstərəni, həm qayğısına qalan biridir.
Seminar boyu, yaxud Anadolu restoranında qardaşları üşün təşkil etdiyi yemək zamanı,elə tamaşaya gedən zaman da,o bu gənclərin heç birini diqqətdən kənar qoymadı bəzən teccüblü gəlirdi mənə necə bu qədər qayğıkeş olmaq olar deyə?,sonra özüm cavab tapırdım suallarıma.Araz bəy, də onlardan biriydi axı o da çox çətinlikləri Allahın köməkliyi ilə geridə qoymuşdu.ona görə də, O daha yaxşı bilir bu gənclərin hər baxışındakı hər nəfəsindəki istəklərini.
Bu arada Layihənin başladığı və davam etdiyi müddətdən bəri tanıdığım istedadlı gənclərdən biri haqqında da qeyd etmək istəyirəm.--O,da, kimsəsiz valideyin qayğısına həsrət qalanlardan olsa da, sağlam düşüncəli haqq yolunda olan gənclərimizdən biridir-Əli Əliyev,o bütün layihə boyu maraqlı şəkillər çəkirdi fotoapparatla və bu birlikdə keçən günlərin yadda qalması üçün səylə calışırdı.Bu Layihə çox maraqlı keçməklə yanaşı çox maraqlı insanlarla da, tanış olmağımıza kömək oldu. əslinde bunu qeyd etmek isteyirem ki,Dunyaya hər birimiz sınaq ücün gəlmişik və bunu anlayıb da ətrafımızdakı insanlara diqqət yetirsək həqiqətən də həm hyat tərzimiz həm də qarşılıqlı münasibətimiz çox yaxşılaşardı və insanlar daha cox sevincli həyat sürərdilər amma Tamaşada deyildiyi kimi biz Nankor insanlarıq və bir gün heç özümüzün gözləmədiyimiz anda əməllərimizə cavab verməli olacağıq
mən və yəqin ki, bütün iştirakçılar da, bu maraqlı gün üçün, öyrəndiklərimiz üçün Araz, bəyə və Rahim, qardaşımıza təşəkkürlər borcluyuq..
Tanrı yolunuzu açıq etsin İnşallah!

Aytən Səfərova

Administratorla əlaqə

077 611-55-22

[email protected]