Maraqlı

Avtomobilin dəstəyini qıran general Putini güldürdü - VİDEO

13-05-2016, 00:20
Avtomobilin dəstəyini qıran general Putini güldürdü - VİDEO

Mütəxəssislər izah ediblər ki, "UAZ Patriot”un qapıları avtomatik bağlanır.

Rusiya prezidenti Vladimir Putinin Soçidə ölkənin SQ-nin yeni texnikasına baxış zamanı maraqlı hadisə baş verib.

Bu barədə Xeberman.com Life nəşrinə istinadən xəbər verir.

Hərbi texnikaya baxış zamanı, ekskursiyaya rəhbərlik edən general Aleksandr Şevçenko prezident üçün "UAZ Patriot” hərbi avtomibilinin qapısını açmağa tələsib. İlk cəhddən qapını aça bilməyən general güc tətbiq edib və qapının dəstəyin qırıb.

Generalın hərəkətini Vladimir Putin gülüşlə qarşılayıb. "Əhsən”, - Rusiya prezidenti deyib və gülümsəyib.

Sonradan mütəxəssislər izah ediblər ki, "UAZ Patriot”un qapıları avtomatik bağlanır. Qapını açmaq üçün əvvəlcə avtomobili işə salmaq lazımdır. Nəqliyyat vasitəsinin mühərriyi söndürülmüş vəziyyətdə olanda yalnız sürücü tərəfdə olan qapı açılır.


Administratorla əlaqə

077 611-55-22

[email protected]