Ölkə

Akif Çovdarova ən çox rüşvəti hansı nazir verib? - Araşdırma

9-05-2016, 23:06
 

Akif Çovdarova ən çox rüşvəti hansı nazir verib?

Akif Çovdarova ən çox rüşvəti hansı nazir verib? - Araşdırma
 
Sabiq metropoliten rəisi Tağı Əhmədovun MTN-nin quldur dəstəsinə 3 milyon ABŞ dollar rüşvət verməsi barədə yayılan xəbərlər təsdiqini tapmasa da, bir çox yüksək çinli məmurumuzun Eldar Mahmudova və onun quldur dəstəsinə "bac-xərac” vermələri sirr deyil. Bu sırada Nəqliyyat naziri Ziya Məmmədovun da adı hallanır.
 
Akif Çovdarova ən çox rüşvəti hansı nazir verib? - Araşdırma
 
Söylənilənə görə Z.Məmmədovdan pulu əsasən şantajdan istifadə etməklə alırmışlar. Bunun üçün əvvəlcə Nəqliyyat naziri barədə MTN-nin quldur, dələduz şəbəkəsinə xidmət göstərən KİV-lərdə şantajedici məqalələr dərc olunur, ardınca Akif Çovdarov və ya MTN-nin Antiterror Mərkəzinin xüsusi hazırlanmış "reket” dəstəsi hərəkətə keçirdi. Ən maraqlısı odur ki, MTN-nin Z.Məmmədov barəsində sifarişli yazıları əsasən "Yeni Müsavat” qəzetində dərc olunurdu.
ziya

Məsələn,tanınmış siyasətçi, "Millətim” qəzetinin baş məsləhətçisi Ramiz Tağıyevi qurama ittihamlarla həbs etmək üçün 2009-cu ilin oktyabr ayında "Yeni Müsavat” qəzetində dərc olunmuş yazıda həm də Z.Məmmədov şantaj edilmişdi. Yazıda iddia olunurdu ki, guya naməlum şəxslər Nəqliyyat nazirinin keçidiyi qapalı müşavirəni dinləyib, audioyazısını "Yeni Müsavat”a ötürüblər. Əslində, həmin yazıyla Z.Məmmədov daha çox hədəfə alınırdı. Beləki, yazıda nazirin öz yaxın ətrafına müxalifətlə, müxalif mətbuatla isti münasibətlər qurmaları barədə tapşırıq verdiyi xüsusi olaraq vurğulanmışdı. Məhz həmin yazıdan sonra Z.Məmmədova MTN şərt qoyubmuş ki, ya 50 milyon, yada ki, audiokaset ortalığa çıxarılacaq. Belə bir audiokasetin olması R.Tağıyevin də cəlb edildiyi cinayət işində təsdiqini tapmayıb. Ancaq "Millətim”in baş məsləhətçisinə istintaqı aparan müstəntiq tez-tez xatırladırmış;”get dua et ki, MTN səndən də Z.Məmmədovdan aldığı kimi 50 milyon istəməyib.”

Turan Türk

Adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq


Administratorla əlaqə

077 611-55-22

[email protected]