Gündəm

Azərbaycan İslam Partiyası Şuşanın işğalı ilə bağlı bəyanat verib

8-05-2016, 12:47

Azərbaycan İslam Partiyası erməni vandalizminə qarşı bəyanat yayıb.

 

Bütün dünyaya bəllidir ki, müharibə ölüm gətirən, həm də dağıdıcı bir savaşdır. İki tərəf arasında baş verən hər hansı silahlı toqquşma şəksiz ki, bir tərəfin haqlı, bir tərəfin isə haqsız olmasından irəli gələn qaqrşıdurmadır. Buna baxmayaraq müharibənin də öz qanunları mövcuddur. Beynəlxalq konvensiyalarda öz təsbitini tapmış bu qanunlara riayət etmək hər bir tərəfin borcudur. 

 

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ savaşında qonşu dövlətin 20 faiz tarixi torpağını işğal edən Ermənistan nədənsə heç bir ölçüyə sığmayan əməllər törətməklə beynəlxalq qanunları ayaqlar altına atmaqdan çəkinmir. Dünyanın gözü qarşısında Azərbaycan ərazisinə təcavüzü həyata keçirməklə Ermənistan eyni zamanda işğal etdiyi şəhər və qəsəbələrdə xalqımızın uzaq keçmişinin, mədəni irsinin, ənənələrinin, tarixi şəxsiyyətlərin mənəvi dəyərlərinin və yaşam tərzinin göstəricilərinin, tarixi abidələrinin bütün izlərini silməklə dünyaya bu coğrafi ərazilərin yenidən bölüşdürülməsi və mənimsənilməsi faktını sübut etməyə çalışır. 
Dağlıq Qarabağda Azərbaycan xalqının mədəni, mənəvi xəzinəsinin, ədəbi irsimizin tarixi şəxsiyyətlərinin beşiyi sayılan Şuş şəhəri artıq 24 ildir ki, yağı düşmən tapdağı altında inləyir. Ötən illər ərzində nəinki ümidverici bir addımın atılması baş verməmişdir, qəsbkar düşmən bu dövrdə qədim yurdun bir qarışında belə Azərbaycan izindən əsər qoymamış, xislətinə uyğun olaraq vandalizmin ən ağır fəsadlarını yerinə yetirmişdir.


Azərbaycan İslam Partiyası bir daha bəyan edir ki, xalqımızın qəsbkar düşmənə tarixi müsəlman torpaqlarından caynaqlarını çək demək vaxtı yetişmişdir. Təcavüz nəticəsində qəsb olunmuş şəhər və kəndlərin işğal günündə azad edilməsini varlığımızın başlıca amili hesab edərək düşməni yuvasına qovmalıyıq. Müqəddəs İslam torpaqlarının düşmən tapdağında qalmasına dözüm yolverilməzdir. Hesab edirik ki, bütün qüvvələr, hər şeydən əvvəl ərazi bütövlüyümüzün təmin olunmasına yönəldilməli, dünyaya təcavüz və işğalla barışmayan bir xalq olmağımızı sübut etməliyik.

Azərbaycan İslam Partiyası Şuşanın işğalı ilə bağlı bəyanat verib

Administratorla əlaqə

077 611-55-22

[email protected]