Gündəm

Şuşanın işğalından 24 il ötdü

8-05-2016, 12:59

Bu gün ermənilər tərəfindən Şuşanın olunmasından 24 il ötür.

Xeberman.com- un məlumatına görə, Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi Dağlıq Qarabağın işğalı ilə başa çatıb.

8 may 1992-ci ildə Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində 200 nəfər şəhid, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılıb. Ümumilikdə, Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. 

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Şuşaya hücumundan bir neçə saat əvvəl Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı.

 Şuşanın işğalından 24 il ötdü

Administratorla əlaqə

077 611-55-22

[email protected]