Ölkə

Küçələrdəki əxlaqsız reklam bannerləri, şəhid fotoları ilə nə vaxt əvəzlənəcək?

6-05-2016, 18:16

Telman Əbilov: "" Şəhidlərin xatirəsinin əziz tutulmasına və vətənpərvərlik ruhunun artırılmasına ciddi ehtiyac var”

 

Vətənə məhəbbət hissi hələ insan dünyaya göz açıb özünü dərk etməyə başlayan andan yaranır. İnsan doğulduğu, yaşadığı, mənsub olduğu torpağı sevir və onu qorumağı özünə borc bilir. Əlbəttə ki, hər bir insanın vətənə məhəbbət hissləri ona uşaq yaşlarından aşılanır. Bu məsələdə isə təbliğat mühüm rol oynayır. Yəni insan dünyaya göz açıb dərk etməyə başladığı vaxtdan ətrafında vətənə məhəbbət hissləri aşılayan nələrisə gördükdə, istər-istəməz patriota çevrilir. Məsələn  bir çox xarici dövlətlərdə, o cümlədən qonşu Türkiyə və İranda iri küçə, prospektlərdə şəhidlərin, milli qəhrəmanların plakatlarına rast gəlmək mümkündür. Bu plakatlar həm vətən uğrunda canından keçərək şəhid olan qəhrəmanların xatirəsinə olan ehtiramı göstərir, həm ölkənin igid övladlarını tanıtdırır, həm də böyükdən-kiçiyə hər kəsdə vətənə məhəbbət hisslərini aşılayır.  Lakin təəssüflər olsun ki, Azərbaycanda bu ənənə tam formalaşmayıb. Şəhid və milli qəhrəmanlarımızın kiçik ölçülü şəkillərini ən yaxşı halda fərdi şəxslərə məxsus avtomobillərin, mağazaların üzərində görmək mümkündür.

 

Bəs görəsən Azərbaycanda dövlət tərəfindən bu ənənənin həyata keçirilməməsinin səbəbləri nədir?

 

İslaminSesi mövzunuSilahlı Qüvvələrdə Korrupsiyaya Qarşı Mubarizə Mərkəzinin rəhbəri  Telman Əbilovla müzakirə edib: "Ekspert bildirib ki, həqiqətən də bir sıra ölkələrdə şəhidlərin təbliğatı məqsədi ilə iri küçə və prospektlərdə plakatlara rast gəlinir.  Yaxud onların göstərdikləri qəhrəmanlıqlar təbliğ olunur.  Lakin Azərbaycanda bu ənənə hələ tam formalaşmayıb. Ola bilər ki, bu dövlətçilik təcrübəsinin azlığından irəli gəlir”.

 

Telman Əbilovun sözlərinə görə, bu məsələdə yalnız dövləti qınamaq və günahlandırmaq düzgün deyil: "QHT-lər, ictimai təşkilatlar da şəhidlərimizin, qəhrəmanlarımızın təbliğatı məsələsində aktiv olmalıdırlar.  İnanıram ki, müəyyən təşkilatlar tərəfindən bu cür təşəbbüslər irəli sürülsə, dövlət yox deməz”.

 

Ekspert qeyd edib ki, 1-ci Qarabağ müharibəsi sona çatsa da, hələ də torpaqlarımız işğal altındadır. Ona görə də, vətənpərvərlik hisslərini təbliğ edən bu cür təşəbbüslər irəli sürülsə və həyata keçirilsə çox yaxşı olar: " Şəhidlərin xatirəsinin əziz tutulmasına və vətənpərvərlik ruhunun artırılmasına ciddi ehtiyac var. Aprel döyüşlərindən sonra bu məsələlərə diqqət bir qədər artırılıb. Şəhidlərin dəfn mərasimində yüksək rütbəli məmurların, ictimaiyyətin iştirak etməsi müsbət haldır. Ümid edək ki, şəhidlərimiz ruhları şad olsun deyə, öz layiqli qiymətlərini alacaqlar”.  

Küçələrdəki əxlaqsız reklam bannerləri, şəhid fotoları ilə nə vaxt əvəzlənəcək?

Administratorla əlaqə

077 611-55-22

[email protected]