Gündəm

Xaçmazlı şəhidimiz dəfn olundu

4-05-2016, 15:36

Azərbaycan Silahlı Qüvvələrinin mayın 3-də şəhid olan əsgəri Yüzbəyov Əmrah Aydın oğlu dəfn olunub.

 

APA -nın şimal bürosunun verdiyi məlumata görə, şəhid Əmrah Yüzbəyov Xaçmaz rayonunun Hacıməmmədoba kəndindəki məzarlıqda torpağa tapşırılıb.

 

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Xaçmaz Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib.  Şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.

Xaçmazlı şəhidimiz dəfn olunduXaçmazlı şəhidimiz dəfn olundu
Xaçmazlı şəhidimiz dəfn olundu
Xaçmazlı şəhidimiz dəfn olundu
Xaçmazlı şəhidimiz dəfn olunduXaçmazlı şəhidimiz dəfn olundu
Xaçmazlı şəhidimiz dəfn olundu
Xaçmazlı şəhidimiz dəfn olundu
Xaçmazlı şəhidimiz dəfn olundu
Xaçmazlı şəhidimiz dəfn olundu

Administratorla əlaqə

077 611-55-22

[email protected]