Gündəm

Yardımlıdan olan şəhidimiz dəfn edildi.

4-04-2016, 16:35
Xeberman.com xəbər verir ki, şəhid Nürəddin Mirzəyev Yardımlıda dəfn edilib.
Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri 1996-cı il təvəllüdlü Nürəddin Etimad oğlu Mirzəyev bu gün doğulduğu Yardımlı rayonunun Onuba kəndində dəfn edilib.
Dəfn mərasimində Yardımlı rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, onun xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər.
Şəhid yayılım atəşindən sonra torpağa tapşırılıb, Azərbaycanın bayrağı onun atasına təqdim edilib.

Yardımlıdan olan şəhidimiz dəfn edildi.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]