Gündəm

Əli Abbasov Eldar Mahmudova qarşı ifadə verib?

9-11-2015, 12:13
Əli Abbasov Eldar Mahmudova qarşı ifadə verib?

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun həbsi haqda suala şərh verməkdən imtina edib.
Xatırladaq ki, virtualaz.org saytı bir neçə gün öncə Əli Abbasovun Baş Prokurorluğa istintaqa çağırılması barədə məlumat yaymışdı. Məlum olmuşdu ki, nazirin prokurorluğa istintaqa çağırılmasının səbəbi həbs edilmiş Vidadi Zeynalovun onun əleyhinə ifadə verməsidir.
Öz növbəsində Vidadi Zeynalova qarşı da “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov tərəfindən ifadə verilib.
Məlumata görə, nazir Əli Abbasov isə bütün ittihamları rədd edərək sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı ifadə verib.
cumhuriyyet.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]