Siyasət

"ABŞ hərbi təlimlərini burada yox, gedib Donuz Körfəzində keçirsin"

2-05-2016, 19:04
"Dünyanın o başından durub bura gəlib hərbi təlim keçirir, amma bizə Fars Körfəzində hərbi təlim keçirməyin deyirlər."

"Düşmən qarşısında gücümüzü göstərməsək, düşməni böyütmüş olarıq. Dünyanın o başından durub bura gəlib hərbi təlim keçirir, amma bizə Fars Körfəzində hərbi təlim keçirməyin deyirlər. Burada niyə gedin Doniz Körfəzində hərbi təliminizi keçirin. Burada nə işiniz var?! Fars Körfəzi bizim evimizdir. İran millətinin hazır olduğu bölgədir. Tamahkar və hegomona belə cavab verilməlidir”

Xeberman.com Khamenei.ir-ə istinadla xəbər verir ki, bunu İslam İnqilabının Ali lideri Ayətullah Seyyid Əli Xamenei bugün Tehranda ölkə müəllimləri qarşısında çıxışı zamanı deyib.

Hegemon ölkələrin xüsusilədə ABŞ-ın bölgədəki çirkin siyasətindən danışıan Ali lider bölgədə onlara sədaqətlə xidmət edən dövlətlərin mövcudluğundan müsəlmanların narahat olduğunu bildirib.


"Bu gün bölgədə imperialistlərə pulsuz parasız əsgərlik edən dövlətlər var. Onlar Amerikanın istədiyi sözü deyir və istədiyi əməli həyata keçirirlər. Onlar ABŞ üçün pul da xərcləyirlər. Onların ABŞ-dan aldığı yeganə imtiyaz isə budur ki ABŞ onların hakimiyyətinin süqut etməsinin qarşısını alır”
 "ABŞ hərbi təlimlərini burada yox, gedib Donuz Körfəzində keçirsin"

Administratorla əlaqə

077 611-55-22

[email protected]