Mühəndis-istehkam bölmələri ilə taktiki təlim keçirilib- FOTOLAR
üdafiə Nazirliyinin mətbuat xidmətindən Xeberman.com –a verilən məlumata görə,
təlimin keçirilməsində əsas məqsəd mürəkkəb əməliyyat şəraitində hərbi
əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi ilə bağlı komandirlərin
bacarığını və bölmələrin idarə edilməsini praktiki fəaliyyətdə yoxlamaq,
qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini
təkmilləşdirmək, yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbul etmək,
vəziyyəti qiymətləndirməkdir. Həmçinin şəxsi heyətin bölmələr tərkibində mühəndis
təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı onların mənəvi-psixoloji
dözümlülüyünü artırmaq da əsas məqsədlərdən olub.
Plana əsasən, əvvəlcə hərbi hissə döyüşə hazır vəziyyətə gətirilib və əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi üzrə tapşırıqlar məşq edilib.
Bölmələr birbaşa təyinatları üzrə praktik məşğələdə iştirak edib, şəxsi heyətə xüsusi avadanlıq, mühəndis qoşunlarında silahlanmaya yeni qəbul edilmiş müasir texnika və vasitələr barədə məlumat verilib. Burada tank körpüquranları, maneələğvetmə texnikası, partlamayan maneələr və mühəndis döyüş sursatlarının yeni növləri nümayiş edilib. Həmçinin ponton-körpü salmaqla su maneələrinin keçilməsi, maneələğvetmə və mühəndis yol bölmələri tərəfindən mina sahələrində əl və partlayış üsulu ilə keçidlərin açılması, məftil maneələrin dəf edilməsi və s. praktiki olaraq yerinə yetirilib. Bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib.
Təlim müvəffəqiyyətlə başa çatdıqdan sonra fərqlənən hərbi
qulluqçular mükafatlandırılıb.