Gündəm

Sabunçu polisinin qarşısında saxlanılan dindarların həbs müddəti uzadılıb.

29-04-2016, 14:48
Sabunçu polisinin qarşısında saxlanılan dindarların həbs müddəti uzadılıb.

İslamazeri.az-a bu barədə həbs olunanlardan birinin yaxını məlumat verib. Məlumata görə, MBH-nin sədr müavini Elçin Qasımovun həbs olunması zamanı Sabunçu polisinin qarşısından saxlanılan beş dindarın növbəti məhkəməsi keçirilib. Məhkəmə Sahil Rzalı, Elvin Bünyadov, Anar Əliyev, Niftəli Vəliyev və Lətif Əhmədovun barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb. Növbəti proses may ayının 5-nə təyin olunub. Qeyd edək ki, ötən ilin noyabr ayında Sabunçu polisinin qarşısına toplanan bir qrup şəxs İXM-nə əsasən sutka və aylıq həbs olunmuşdular, Nardaran hadisələri zamanı isə inzibati həbs olunan 5 nəfər haqqında cinayət işi açılmış və barələrində həbs-qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasına göndərilmişlər.

 
Sabunçu polisinin qarşısında saxlanılan dindarların həbs müddəti uzadılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]