Gündəm

Ağdamda yaralanan şəxslərdən ikisinin vəziyyəti ağırdır – FOTO

28-04-2016, 19:30

Ağdam rayonunda ermənilərin endirdiyi artilleriya zərbələri nəticəsində qəlpə yarası alan Azərbaycanın mülki vətəndaşlarından ikisinin vəziyyəti ağır olaraq qalır.

Ağdamda yaralanan şəxslərdən ikisinin vəziyyəti ağırdır – FOTO

"OpTime” xəbər verir ki, bu barədə Report-a açıqlamasında Ağdam Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Qara Qasımov məlumat verib.

O bildirib ki, digər yaralılardan 3-ü Bərdə Rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər isə Hərbi Hospitala köçürülüb: "Yaralılar Hüseynov Əli Müseyib oğlu və Məmmədov Elnur Polo oğlunun vəziyyəti ağırdır, hazırda xəstəxananın reanimasiya şöbəsində onların müalicələri davam edir".  

Administratorla əlaqə

077 611-55-22

[email protected]