Yazarlar

Həkim qurban olum cibimə dəymə

27-04-2016, 22:39
Həkim qurban olum cibimə dəymə

Görməsəm də olar,eşidim axar.
Mən görə bilməsəm görənlər baxar.
Böyrəyimi çıxar,gözümü çıxar,
Həkim,qurban olum,cibimə dəymə.

Qaranlıq gecələr onla günnənir,
Qızmar günüzlərim onla çənlənir.
Ətcə quş balalar yeyir,dənnənir,
Həkim,qurban olum,cibimə dəymə.

Mənim yediyim şor,səndə pitidi,
İştahın qaynıyır,əlin ütüdü.
Tamahın tək bıçağın da itidi
Həkim,qurban olum,cibimə dəymə

Acdı xəstələrin, bil ki nahardı.
Sənin kefin şeşdi, bizdə cahardı.
Sənə ağız açan axı Vüqardı:
Həkim ,qurban olum,cibimə dəymə.


Ay həkim...


Rüşvət ki var, xalnan tutur,
Ta ki xal gəlsin, ay həkim...
Qoy hökumət eşitməsin,
Rüşvət lal gəlsin, ay həkim...

Bu sənin öz avazındı,
Öz qanunun, öz sazındı
İnsanlıq nəyə lazımdı,..
Ta ki pul gəlsin, ay həkim...

Sözə hörmətin olmadı..
Bizə hörmətin olmadı
Gözə hörmətin olmadı,
Xəstə bol gəlsin, ay həkim...

Pulu çin-çin, qat-qat gəlsin...
Eşqə təzə ovqat gəlsin...
Pul olmasa sovqat gəlsin...
Qaymaq-bal gəlsin, ay həkim...

İsmət nəyinə lazımdı,
Hörmət nəyinə lazımdı.
Qeyrət nəyinə lazımdı?
Papaq- şal gəlsin, ay həkim...

Hipokrat andın pozdun,
Sən özünə quyu qazdın...
Rüşvət alıb saxta yazdın,
Hallan, hal gəlsin, ay həkim....

Tamahın bol, kefin sazdı,
Çox alsan da, dedin azdı..
Vüqar sənə tənqid yazdı..
Sən də al gəlsin, ay həkim...


Vüqar Ələkbərov 
XİA.az saytının rəhbəri

Administratorla əlaqə

077 611-55-22

[email protected]