Ölkə

Şəhidin arzusu ürəyində qaldı - Atasının borc dərdi ilə şəhid olan kəşfiyyatçı.

13-04-2016, 14:26
Aprelin 1-dən 4-nə kimi davam edən müharibədə şəhid olan kəşfiyyatçı Bağırov Emin İmran oğlunun yaxınları onun yoxluğuna dözə bilmir. 

Xeberman.com xəbər verir ki, şəhidimizin yaxınları onun fotosunu paylaşıb.

"Həmişə deyirdi ki, bircə aprel ayı gəlsəydi. Niyə Emin? Aprel gəlsin kəşfiyyatçı pulumu alıb qəpiyinə kimi aparıb evə verəcəyəm. Qoy atam borclarını qaytarsın.

Gedəndə biz səni fəxrlə yola saldıq. Sən də bizə deyirdin tək siz yox, bütün Azərbaycan mənlə fəxr edəcək... Elədilər, qardaşım, sən o bayrağa görə canından keçdin. Lələtəpəyə bayrağı sancan sən oldun. O bayraq indi dalğalanırsa o da sənin sayəndədir...

Amma bu qədər insanı arxanda gözü yaşlı qoydun, o cür xəyalların var idi niyə getdin axı, Emin..."

Şəhid E.Bağırov Binəqədi qəsəbəsində dəfn edilib.

Allah rəhmət eləsin!
Şəhidin arzusu ürəyində qaldı - Atasının borc dərdi ilə şəhid olan kəşfiyyatçı.Şəhidin arzusu ürəyində qaldı - Atasının borc dərdi ilə şəhid olan kəşfiyyatçı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]