Ölkə

Bərdədə məscid sökülür - Rəsmi qurumlar niyə susur?

24-04-2016, 16:40

 Bərdədə məcburi köçkünlərin məscidini sökdürən kimdir? - Foto 

 

Bərdə "İmam Zaman (ə.f)" adına məscid...

14 aprelə kimi bu məscid kasıb, erməni terrorunun qurbanı və zorakılığı ilə öz yurdlarından didərgin düşmüş məcburi köçkünlərin mənəvi dayağı, təvazökar mövlud mərasimləri və Əhlibeytə yas saxladıqları, o cümlədən vətən üçün şəhid olan qəhrəmanlarımıza dualar və Quran mərasimləri təşkil etdikləri "Allah Evi" olub. Kasıb olsalarda, səxavət və qəlb genişliyilə manat-manat toplayıb məscidi abadlaşdırıblar. "Cümə məscidi" isə buradan 15 km aralıdır, ora gedib-gəlmək məcburi köçkünlər üçün istər fiziki, istərsə də, maddi çətinlik deməkdir. Buna görə, bu məscid bir neçə il öncə ürəklərində "Qarabağ dərdi" olan məcburi köçkünlərin maddi vəsaiti hesabına kiçik bir məscid halına gəlmişdi, məsciddə Vətən üçün, ermənilə üz-üzə duran əsgərlər üçün dualar edirdilər. Vətənin bayrağı da bu məsciddə var idi. Axı, "Vətəni sevmək imandandır" hədisi bir çox inanclı kimi, bu məcburi köçkünlərin də şüarına çevrilib.

Məscidin əvvəlki halı:

Və 14 aprel... Bu tarix sanki məcburi köçkünlərin keçmiş "qara yaddaşları"nı bir daha təkrarlayıb. 

İslamazeri.az-a məcburi köçkünlərin bildirdiyinə görə, məscidə daxil olan  polis geyimli şəxslər məscidin içini dağıdıblar, məscidin içindən qalan görüntü isə budur:

"Məscid əvvəl qaçqınlar(red: məcburi köçkünlər) yaşayan yerdə olub - "ərəb çadırları" deyilən yer idi. Sonra qaçqınlar buradan köçdülər və bu ərazini imkanlı bir şəxs alıb. Gəlib deyirki, mənimdir sökürəm. İndi biz qaçqınlara ev tikiblər; iki qəsəbədir 866-ci  və 566-cı qəsəbələr.  Lakin bizim namaz qıldığımız məscidi indi sökmək istəyirlər. Biz kimə müraciət edək? Onu bildirək ki, "Cümə" məscidinin axunduna (red: Bərdədəki)  və DQİDK-nin rayon şöbəsinə də müraciət etmişik. "Cümə" məscidilə 15 km məsafəmiz var, ora getmək bizə çətindir. Bu məscidi iki qəsəbədən pul yığaraq abadlaşdırmışıq, Zahir adlı şəxs polislərin köməyilə məscidi bağlayıb, şəkildə məscidin bağlanmasından sonrakı halıdır.", - İslamazeri.az-a yerli sakinlər bildirib.

Qeyd edək ki, bu məscidin müvafiq qurumların qeydiyyatından keçib-keçmədiyini bilmirik. Lakin ermənilərin zülmünə məruz qalan bu - iki qəsəbə sakinlərini bir daha narahat etməyi doğru saymadığımıza görə, bu məsələnin məscidə axund təyin edilməsi və ya müvafiq rəsmi qurumlardan qeydiyyatdan keçirilməsilə həll etməyi vətənimizin ermənilə üz-üzə; döyüş halında olduğu bir zamanda ən düzgün addım hesab edirik. Ümidvarıq ki, rəsmi qurumlar  məscidin sökülməsinin qarşısını alacaq və  məcburi köçkünlərin bu problemini həll edəcəklər.


 Rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq. 


Administratorla əlaqə

077 611-55-22

[email protected]