Ölkə

İŞİD Türkiyədə məscidə raket atdı - 1 nəfər şəhid oldu.

25-04-2016, 13:56

İŞİD Türkiyədə məscidə raket atdı - 1 nəfər şəhid oldu.


 

Eastnews.org-un verdiyi xəbərə görə, aprelin 24-də Suriyadan atılan katyuşa minaatan mərmiləri Kilis İcra Hakimiyyətinə 100 metr uzaqlıqda yerləşən məscidə düşüb.

Məsciddə baş verən partlayış nəticəsində 1 nəfər şəhid olub, 16 nəfər yaralanıb. Ətrafdakı binaların şüşələri sınıb.  Bölgəyə çox sayda təcili tibbi yardım maşını sövq edilib. Yaralılar sanitar maşınlarla xəstəxanalara aparılıb.


Güclü partlayışdan sonra insanlar arasında çaxnaşma yaşanıb. Kilislilər "Artıq kifayətdir", "Tədbir görülsün" deyə aksiya keçirərək reaksiyalarını dilə gətirib.

Partlayışdan sonra açıqlama verən Türkiyə Baş nazirinin müavini Yalçın Akdoğan insanları təşvişə düşməməyə çağıraraq, "Kilisə 18 yanvar tarixindən bəri 45 raket atılıb. Nəticədə 16 nəfər dünyasını dəyişib. Hücumlara isə lazımi qarşılıq verilib", -deyə qeyd edib.


 

Administratorla əlaqə

077 611-55-22

[email protected]