Ölkə

Şəhid əsgərimiz 6 ay öncə yaralansa da təqaüdə çıxmağı qəbul etməyib.

21-04-2016, 17:05

Ona təqaüdə çıxmaq, ordudan təxis olunmaq təklif olunsa da o bunu qəbul etməyib

Bu sözləri Şəmkir şəhər Hz Əli (ə) adına olan məscidin imamlarından olan ilahiyyatçı Kərbəlayi Elmar, cümə xütbəsi zamanı söyləyib. Şəhid və şəhidlik məktəbindən söz açan ilahiyyatçı şəhidlərdən onların Allah yanında olan məqamlarından danşıb. İlahiyyatçı daha sonra şəhid Təbrizlə bağlı maraqlı faktı da açıqlayıb. "Şəhid Təbrizin şəhid olmamışdan öncə 6 ay öncə mənfur ermənilər tərəfindən ayağından yaralanıbmış. Ona təqaüdə çıxmaq, ordudan təxis olunmaq təklif olunsa da o bunu qəbul etməyib və nəhayət elə bu yolda da canını vətənə qurban verib, şəhadət şərbətini içdi” deyə ilahiyyatçı bildirib.

Xatırladaq ki,  şəhid Təbriz Əsgərov Aprel ayının əvvəllərində (2016) cəbhə xəttində gedən döyüşlərdə şəhid olub.  Allah rəhmət eləsin.

Şəhid əsgərimiz 6 ay öncə yaralansa da təqaüdə çıxmağı qəbul etməyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]