Ölkə

Şəmkir ruhaniləri şəhidlərdən danışdı.

20-04-2016, 14:49

Aprel ayının əvvəllərində cəbhədə baş verən erməni təxribatları nəticəsində Azərbaycanın bir sıra bölgələrindən şəhidlər verdik. Şəhidlərimiz hər məntəqədə böyük izdihamla dəfn olunub ruhlarına ehsanlar verilib.Bu məsələyə Azərbaycanın əksər məscidlərində, cümə namazlarında da toxunularaq, insanlara bu barədə məlumatlar verilib. Şəmkir şəhər Hz Əli (ə) məscidində də iki həftə cümə namazlarında şəhidlərdən danışılıb.

Xeberman.com xəbər verir ki, Şəmkir ruhanilərindən olan Hacı Aqil cümə xütbəsində bu məsələyə toxunaraq şəhidlərdən danışıb. Şəhidlərin fəzilət və Allah qatında yüksək məqamlarından danşan xətib, bildirib ki, son günlərdə media və KİV-də şəhhidlərimiz haqqında "həlak”, "öldü”, "meyyit” və bu kimi sözlərin istifadə edilməsi yol verilməzdir. Onları daha da diqqətli olmağa çağıran xətib deyib: "Şəhidə həlak oldu ölmək kimi sözlərin nisbət vermə olmaz. Şəhidə elə şəhid deyərlər. Şəhidin haqqı elə şəhid kəlməsidir. Daha "öldü,” "həlak” oldu nə məsələdir?”

Daha sonra xətib Quranın "Allah yolunda öldürənlərə ölü deməyin” ayəsini də izah edərək məsələni Quran baxımından izah edib. Şəhidlərimizin şəhadətə olan şövqünün Kərbəla məktəbindən qaynaqlandığından söz açan ilahiyyatçı, şəhidlərlə bağlı bir neçə hədis də oxuyaraq izah edib. Sonda şəhidlər üçün dualar edilib.

 

Daha ətraflı bax:





Növbəti cümə xütbəsində İlahiyyatçı ruhani Kərbəlayi Elmar da şəhidlər barədə ikinci xütbəsində söz açaraq Şəmkirdə şəhidlərin dəfnində iştirak etmiş hər bir kəsə təşəkkürünü bildirmişdir. Xətib bildirib ki, şəhidlərin bu cür izdihamla dəfni bizim kimliyimizi lazımi yerlərə göstərdi. İlahiyatçı deyib: "Biz bir daha lazımı yerlərə çatdırdıq ki, biz vətən xaini yox, elə vətəni sevənlərdən, keşiyini çəkənlərdən, vətənin əsl oğlanları elə bizik. Bu cür cəmiyyətdə gərək aktiv olaq, gərək fəal olaq. Azərbaycan hamı üçündür, vətən hamı üçündür.”

İlahiyyatçı daha sonra şəhid Təbrizlə bağlı maraqlı faktı da açıqlayıb. "Şəhid Təbrizin şəhid olmamışdan öncə 6 ay öncə mənfur ermənilər tərəfindən ayağından yaralanıbmış. Ona təqaüdə çıxmaq, ordudan təxis olunmaq təklif olunsa da o bunu qəbul etməyib və nəhayət elə bu yolda da canını vətənə qurban verib, şəhadət şərbətini içdi” deyə ilahiyyatçı bildirib.

Daha sonra ilahiyyatçı maraqlı bir nöqtəyə də diqqəti cəlb edib. O deyib: "Bəzən sual oluna bilər ki, əgər şəhdilər vacibləri yerinə yetirməmiş olsalar onda necə? Allah şəhidin bütün günahlarını əfv edər və hətta vacib əməlləri ki yerinə yetirməyib, sadəcə şəhidlik məqamına təsir edər. Çünki şəhidlərin də özlərinin dərəcə və məqamları vardır. Amma bu şəhidlər hamısı bizim şəhidlərimizdir.”

İlahiyyatçı son günlərdə sələfi-vəhhabi Əlixan Musayevin şəhidlər haqqında olan təhqiramiz ifadələrinə də toxunub və bu cür çirkin əqidə sahibləri qınaq obyektinə çevrilib. Sonda şəhidlərin ruhlarına dualar oxunub.

 

Daha ətraflı bax:


Xeberman.com

Şəmkir ruhaniləri şəhidlərdən danışdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]