Dünya

Şəhid övladları təhsil haqqından azad edildi – FOTO

15-04-2016, 21:50

Şəhid hərbi pilot, mayor Təbriz Musazadənin xatirəsi bu gün Türk Dünyası Bakı Atatürk Liseyində yad edilib.

Tədbirə başlamamışdan əvvəl bütün şəhidlər bir dəqiqəlik sükutla yad edilib. 

Təbriz Musazadənin hər iki övladı: Tayfun və Onur adı çəkilən liseydə təhsil alırlar.

"OpTime”-ın məlumatına görə, anım mərasimində şəhidin atası, anası, həyat yoldaşı və iki oğlu iştirak edib.

Tədbirdə həmçinin, Azərbaycan Hərbi Hava qüvvələrinin yüksək rütbəli şəxsləri, Türk Dünyası Araşdırmaları Vəqfinin dekanı, həmin gün Təbrizlə havaya qalxan 5 nəfər pilot iştirak ediblər. Təbriz Musazadənin pilot dostlarının çıxışları tədbir iştirakçılarını kövrəldib.

Sonda isə Tayfun və Onurun bütün təhsil haqları və təhsilləri üçün lazımlı nə varsa Türk Dünyası Araşdırmaları Vəqfi öz üzərinə götürüb.

 


Administratorla əlaqə

077 611-55-22

[email protected]