Hərbi hissələrdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xeberman.com-a verilən məlumata görə, tədbirlərdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyəti xüsusi vurğulanaraq ümummilli lider Heydər Əliyev və Azərbaycan prezidenti İlham Əliyevin hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasət haqqında məlumatlar verilib.
Anma tədbirlərində şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, müxtəlif bölgələrdəki xiyabanlar ziyarət edilib, sərgilərə baxılıb, ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş olunub.
Bu gün həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Hərbi qulluqçular şəhidlərin xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.