Gündəm

Cavadovlar təhqirdən təzyiqə keçdi - səs yazısı

14-04-2016, 22:00

Cavadovlar təhqirdən təzyiqə keçdi - səs yazısı

Kənd sakininə hücuma keçən Cavadovlar onu susdura bilmirlər. Ə.Cavadov həmin səs yazısının silinməsi üçün əlindən gələni etməyə çalışsa da, arzusuna çata bilmir.

Ağsunun keçmiş deputatı Ərəstun Cavadov və həkim olan bacısı Yanaq xanım şikayətçini təhdid edir. TİA.AZ-ın xəbərinə görə, sabiq deputat və bacısı Ağsunun Ərəbmehdibəyli kənd sakini Ruslan Xalıqovu susdurmaq üçün bütün təzyiq vasitələrini işə salıb.

R.Xalıqovun keçmiş deputatın bacısı tərəfindən təhqir olunduğunu əks etdirən səs yazısının mediada ictimailəşməsi Cavadovları narahat edib. Bu məsələnin böyüməsi və yuxarı dairələrin də diqqətinə çatması onları qəzəbləndirib.

Kənd sakininə hücuma keçən Cavadovlar onu susdura bilmirlər. Ə.Cavadov həmin səs yazısının silinməsi üçün əlindən gələni etməyə çalışsa da, arzusuna çata bilmir. R.Xalıqov Cavadovun bacısı tərəfindən təhqir olunduğunu bildirib.

Belə ki, R.Xalıqov bunları bildirib: «Novruz bayramı ilə əlaqədar Bakıdan kəndə qəbirləri ziyarət etməyə gələn kəndimizin bir sıra sakinləri var idi. Bu sırada keçmiş deputatımızın bacısı da olub. Hazırda Bakıda həkim işləyən həmin qadının adı Yanaqdır.

Bu qadın mənim telefonuma zəng edərək təhqir etdi, qadın əxlaqına sığmayan şəkildə ifadələr işlətdi. Mən onun bir neçə kəlmə sözünü diktofona yaza bildim.

Qadın açıqca deyir ki, bir də qardaşım Ərəstunun adını hansısa KİV-də hallandırsan, evini yandırtdıracağam. Mən ölkənin hüquq-mühafizə orqanlarına müraciət edərək hüquqlarımın qorunmasını tələb edirəm. Biz hansı dövrdə yaşayırıq? Məgər mövcud qanunlar tənqidə görə təqibi, təhdidi nəzərdə tutur? Buna görə də əlimdəki faktı qərara aldım ki, ictimailəşdirim».

Məsələ bununla bitmir. Bu olaydan əvvəl isə Ərəstun Cavadovun qardaşı, Ərəbmehdibəyli kəndinin bələdiyyə sədri Vüqar Cavadov qalmaqalla gündəmə gəlmişdi. Belə ki, 29 fevral tarixində gecə saatlarında rayonun Ərəbmehdibəyli kəndi ərazisində, bir qrup şəxs qumar oynayarkən, bıçaqlanma hadisəsi baş verib.

Baş vermiş hadisədə diqqət çəkən məqam qumar oynayan və bıçaqlanma olayında iştirakçı olan şəxslərdən birinin Ərəbmehdibəyli kəndinin bələdiyyə sədri Cavadov Vüqar Nurəddin oğlunun olmasıdır.

Mənbənin bildirdiyinə görə qumar oyununda yaranan mübahisə zamanı bıçaqlanma hadisəsi də elə bələdiyyə sədrinin qumar oyunu ilə əlaqədar baş verib. Bununla bağlı hadisə yerində olan şəxsin cumhuriyyet.net-ə göndərdiyi məlumatda deyilir:

«Bələdiyyə sədri Vüqar Cavadov möhkəm sərxoş idi. O, dəfələrlə uduzdu. Bu zaman onun tərəfdarlarından biri ona səsləndi ki, Vüqar müəllim sizi kartların paylanmasında aldadırlar. Hadisə də elə bundan sonra oldu».

Məlumatda bildirilir ki, Vüqar Cavadova aldadıldığını deyən gənc əvvəlcə orada olan şəxslər tərəfindən mökəmcə döyülüb, sonra döyülən şəxs macal tapıb bir nəfəri bıçaqlayıb. Daha sonra hadisə yerinə döyülən gəncin atası gəlib və o da həmin adamlar tərəfindən möhkəmcə döyülüb. Mənbənin bildirdiyinə görə gecə kəndə polis və təcili tibbi yardım gəlib. Cavadovun bcsının audio yazısını oxuculara təqim edirik: (TIA)


Administratorla əlaqə

077 611-55-22

[email protected]