Gündəm

Zindandakı İlahiyyatçıdan ordumuza dəstək

14-04-2016, 00:50
Müsəlman Birliyi Hərəkatının sədr müavini ilahiyyatçı Elçin Qasımov son günlərdə cəbhədə yaşanan olaylara münasibət bildirib. Bu barədə ilahiyyatçının vəkili Elnur Nəbiyev məlumat yayıb. O deyib: "Elçin Qasımovla son görüşümdə o, cəbhədəki son döyüşlərdə şəhid olan şəhidlərimizə rəhmət, ailələrinə səbr dilədiyini, ordumuzun daha böyük nailiyyətlər əldə etməsi üçün dua etdiyini bildirdi."
Xatırladaq ki, E.Qasımov isə noyabrın 5-də saxlanılıb. Elçin Qasımov İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılır. Amma o özünü təqsirli bilmir.
Zindandakı İlahiyyatçıdan ordumuza dəstək

Administratorla əlaqə

077 611-55-22

[email protected]