Ölkə

Şəhidin son sözləri: "Mən erməni deyiləm qeyrətim bir qram olsun."

7-04-2016, 13:46

 

Xeberman.com Naxçıvandan olan şəhidmizin son sözlərini sizə təqdim edir.
Mən ərəb deyiləm əlimdə təsbeh olsun. Mən ingilis deyiləm ləqəbim bayraq olsun. Mən erməni deyiləm qeyrətim bir qram olsun. Mən *MUROV * əsgəriyəm hamı ehtiyatlı olsun!!! (Şəhid Xaliq Əzizadənin son statusundan.)
Bir daha xatırladaq ki, milli ordunun əsgəri Əzizzadə Xaliq Həsənoğlu, Qoşunların təmas xəttinin Tərtər-Goranboy istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olmuşdur.
1996-cı il təvəllüdlü şəhidimiz 2015-ci ildə Xətai Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdı. Şəhidin cənazəsi ötən gecə yaşadığı ünvana gətirilib. Yüzlərlə şəhər sakini qəhrəman Vətən övladını son mənzilə yola salmaq üçün onun yaşadığı evin qarşısına axın edib. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan Xaliq Əzizzadə öz yaşıdları arasında vətənpərvərliyi ilə seçilib. O, Xətai rayon 116 saylı məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Cəbhənin Tərtər-Goranboy istiqamətində aprelin 4-dən 5-nə keçən gecə erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub. Şəhidlərin son mənzilə yola salınması mərasimində "Qarabağ bizimdir, bizim olacaq”, "Şəhidlər ölməz, Vətən bölünməz” və başqa şüarlar səsləndirilib. Cənazə namazı qılındıqdan sonra şəhidimiz Sabunçu rayonunun Kürdəxanı qəsəbəsindəki qəbiristanlıqda Azərbaycanın dövlət himninin sədaları altında dəfn olunub.
Şəhidin tabutu üzərindəki üçrəngli dövlət bayrağımız əbədi xatirə olaraq atasına təqdim edilib.

Şəhidin son sözləri: "Mən erməni deyiləm qeyrətim bir qram olsun."

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]