Texnologiya

"Apple"dan ziyan çəkən azərbaycanlılar

25-03-2016, 06:11

Ipad istifadəçilərinin sonuncu yeniləmə yükləməsindən sonra problem yaranıb.

 

Apple şirkətinin növbəti problemi iki gün ərzində xeyli sayda istifadəçisini çətin duruma salıb. Ans-in məlumatına görə, problemlər smartfon və Ipad istifadəçilərinin sonuncu yeniləmə yükləməsindən sonra baş qaldırıb. Verilənlərin daxili zamanı Ipad və Iphonelar bloklanır və onları açmaq mümkünsüzləşir.

"Apple"ın rəsmi nümayəndəsinə müraciət etdikdə isə bir ay gözləmək təklif olunur. Belə ki, sistemin açılması yalnız "Icloud" sistemi vasitəsilə mümkündür. "Apple" şirkətinin azərbaycanlı istifadəçiləri də problem yaşayıblar. Son sutka ərzində Bakıda yerləşən əksər servis mağazalarına oxşar şikayətlə müraciət edən müştərilərin sayı olduqca çoxdur.

 Amma bu şikayətlər nəticəsiz qalır. Maraqlısı budur ki, Azərbaycan əhalisi "Apple" şirkətinə birbaşa müraciət edib, tekniki problemini həll etmək imkanı olan ölkələr siyahısında yer almayıb.

iPhone

"Apple" 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompyuter firmasıdır. Şirkətin mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. 2005-ci ildən etibarən şirkətə Stiv Cobs rəhbərlik edib. "Apple Macintosh", "iPhone", "Mac Book", "iPod" və "iPad" şirkətin ən tanınan məhsullarıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]